Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin
kollektivinə təqdim olunub
İyulun
16-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Xarici İşlər
naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim
olunub.
AZƏRTAC
xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi,
Prezident Administrasiyası xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.
Azərbaycan.-2020.- 18 iyul.- S.2.