Tacikistan Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib

 

Tacikistan Respublikası Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və insan itkiləri ilə nəticələnən silahlı insidentlə bağlı hədsiz dərəcədə narahatlığını bildirir.

AZƏRTAC xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyi bununla əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Tərəfləri vəziyyətin daha da mürəkkəbləşməsinin qarşısını almaq üçün maksimal dərəcədə təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə riayət etməyə çağırırıq.

Ümidvar olduğumuzu bildiririk ki, Azərbaycan və Ermənistan yaranmış məsələlərin həllində mümkün qədər tez bir müddətdə siyasi-diplomatik üsulların istifadəsinə qayıdacaqlar.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

 

Azərbaycan.-2020.- 18 iyul.- S.5.