“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan
Respublikası Milli Məclisinin komitələri
haqqında”, “Cinayət prosesində iştirak
edən şəxslərin dövlət müdafiəsi
haqqında”, “Torpaq bazarı haqqında”,
“Qaçqınların və məcburi köçkünlərin
(ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət
köməyi haqqında”, “Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında”, “Məhkəmə və
hüquq-mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi
sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası
haqqında” Azərbaycan Respublikasının qanunlarında və
Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377 IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Uşaq
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 8, maddə
484; 2001, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12, maddə
731; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2004, ¹ 2, maddə
57, ¹ 3, maddə 133, ¹ 7, maddə
507; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 7, maddə
602; 2010, ¹ 2, maddə 70, ¹ 4, maddə 275; 2013, ¹ 11, maddə
1317; 2015, ¹ 5, maddə 484; 2016, ¹ 6, maddə 968; 2017, ¹ 7, maddə
1263; 2019, ¹ 1, maddə 9, ¹ 11, maddə 1684, ¹ 12, maddələr
1881, 1908) 35-ci maddəsinin ikinci
hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Dövlət bu
uşaqların sosial bacarıqlarının inkişafına,
peşə-əmək və
psixoloji-pedaqoji reabilitasiyasına,
habelə psixoloji korreksiyasına kömək
göstərir, uşaqların
sağlamlıq imkanları
məhdudluğunun qarşısını
almaq üçün
tədbirlər görür.”.
Maddə 2. "Yol
hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 9, maddə
564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə
9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə
57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə
874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə
560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr
453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə
210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə
71, ¹ 4, maddə 255, ¹ 6, maddə
469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə
671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr
1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹
5, maddə 467, ¹ 11, maddə
1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105, ¹ 5, maddə
502, ¹ 6, maddə 686, ¹ 11, maddələr
1256, 1276; 2016, ¹ 11, maddələr 758, 1784,
1795, ¹ 12, maddə 1993; 2017, ¹ 2, maddələr 138, 150, ¹ 5, maddə
727, ¹ 8, maddə 1507, ¹ 10, maddə
1774, ¹ 12 (I kitab), maddə
2215; 2018, ¹ 2, maddələr 143, 157, ¹ 4, maddə 645, ¹ 6, maddələr
1165, 1192, ¹ 7 (I kitab), maddələr
1432, 1436, 1439; 2019, ¹ 1, maddə 46, ¹ 6, maddə 997, ¹ 7, maddə
1183, ¹ 8, maddə 1376) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1-ci maddənin 28-ci və 37-ci
bəndlərində "əlil
arabaları” sözləri
"əlilliyi olan şəxs üçün
arabalar” sözləri
ilə əvəz edilsin;
2.2. 1-ci maddənin 36-cı bəndində
"mühərriksiz əlil
arabalarında” sözləri
"əlilliyi olan şəxs üçün
mühərriksiz arabalarda”
sözləri ilə,
"əlil arabası”
sözləri "əlilliyi
olan şəxs üçün araba” sözləri ilə əvəz edilsin;
2.3. 9-cu maddənin III hissəsində
"əlillərin və
sağlamlıq imkanları
məhdud uşaqların”
sözləri "əlilliyi
olan şəxslərin,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqların”
sözləri ilə əvəz edilsin;
2.4.
34-cü maddənin III hissəsinin
14-cü bəndində "əlil” sözü "əlilliyi olan şəxs” sözləri
ilə əvəz edilsin;
2.5. 37-ci maddənin I hissəsinin
11-ci bəndində "əlillərin”
sözü "əlilliyi
olan şəxslərin”
sözləri ilə əvəz edilsin;
2.6.
40-cı maddənin I hissəsinin
1-ci və 3-cü bəndlərində
"mühərriksiz əlil
arabalarında” sözləri
"əlilliyi olan şəxs üçün
mühərriksiz arabalarda”
sözləri ilə əvəz edilsin;
2.7.
53-cü maddənin X hissəsi
üzrə:
2.7.1. birinci cümlədə
"əlillər” sözü
"əlilliyi olan şəxslər” sözləri
ilə əvəz edilsin;
2.7.2. ikinci cümlədə
"Əlillər” sözü
"Əlilliyi olan şəxslər” sözləri
ilə əvəz edilsin;
2.7.3. üçüncü cümlədə
"Əlillər” sözü
"Əlilliyi olan şəxslər” sözləri
ilə və "əlil avtomobili” sözləri "əlilliyi
olan şəxs” tanınma” sözləri ilə əvəz edilsin;
2.7.4. dördüncü cümlədə "əlil”
sözü "əlilliyi
olan şəxs” sözləri ilə əvəz edilsin;
2.8.
64-cü maddənin V hissəsinin
4-cü bəndində "I və II qrup əlillərin idarə etdiyi” sözləri "Əlilliyi olan şəxs” sözləri
ilə əvəz edilsin;
2.9. 69-cu maddənin VI hissəsinin
24-cü bəndində "Əlil” sözü "Əlilliyi olan şəxs” sözləri
ilə əvəz edilsin;
2.10. 72-ci
maddə üzrə:
2.10.1. birinci hissənin 5-ci bəndində "Əlil”
sözü "Əlilliyi
olan şəxs” sözləri ilə və "II qrup əlillər” sözləri
"II dərəcə əlilliyi
olan şəxslər”
sözləri ilə əvəz edilsin;
2.10.2.
"Qeyd” hissənin birinci cümləsində
"Əlil” sözü
"Əlilliyi olan şəxs” sözləri
ilə, "II qrup əlillərə” sözləri
"II dərəcə əlilliyi
olan şəxslərə”
sözləri ilə və ikinci cümləsində "Əlil”
sözü "Əlilliyi
olan şəxs” sözləri ilə əvəz edilsin;
2.11.
"Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununa
7 saylı Əlavə
"Nəqliyyat vasitələrinin
tanınma nişanları”nın
mətnində "əlil”
sözü "əlilliyi
olan şəxs” sözləri ilə əvəz edilsin.
Maddə 3. "Azərbaycan
Respublikası Milli Məclisinin komitələri
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 565; 2000, ¹ 12, maddə 833; 2005, ¹ 10, maddə
876; 2007, ¹ 5, maddə 437; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə
276; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə 34; 2019, ¹ 4, maddə
576, ¹ 6, maddə 1004) 14-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında "əlillərin”
sözü "əlilliyi
olan şəxslərin”
sözləri ilə əvəz edilsin.
Maddə 4. "Cinayət
prosesində iştirak
edən şəxslərin
dövlət müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 2, maddə 56; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə
133; 2008, ¹ 7, maddə 602; 2017, ¹ 7, maddə 1281; 2018, ¹ 3, maddə
370) 22-ci maddəsinin ikinci
hissəsinin birinci cümləsində "əlil
və ya sağlamlıq imkanları
məhdud uşaq” sözləri "əlilliyi
olan şəxs, o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaq”
sözləri ilə əvəz edilsin.
Maddə 5. "Torpaq
bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 7, maddə
390; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddələr 11, 13; 2006, ¹ 6, maddə
478, ¹ 8, maddə 657; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə
571; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə
504; 2014, ¹ 3, maddə 235; 2015, ¹ 3, maddə 245, ¹ 10, maddə
1096; 2018, ¹ 11, maddə 2206) 9-cu maddəsinin üçüncü
hissəsinin üçüncü
abzasında "əlil
olmuş” sözləri
"iştirakla əlaqədar
əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin.
Maddə 6. "Qaçqınların
və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş
şəxslərin) statusu
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 7, maddə 392; 2001, ¹ 11, maddələr 676, 699, ¹ 12, maddə
731; 2007, ¹ 11, maddə 1053; 2010, ¹ 4, maddə 280; 2011, ¹7, maddə
602; 2014, ¹ 11, maddə 1340; 2015, ¹ 10, maddə 1104; 2017, ¹ 1, maddə
30; 2019, ¹ 1, maddə 9) 6-cı maddəsinin ikinci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
6.1. üçüncü abzasda "əlillərin”
sözü "əlilliyi
olan şəxslərin”
sözləri ilə əvəz edilsin;
6.2. yeddinci abzasda
"tək pensiyaçıların
və əmək qabiliyyəti olmayan əlillərin” sözləri
"xəstəlik, əlillik
və ya ahıllıqla əlaqədar
özünəqulluq qabiliyyəti,
habelə şəxsə
(ailəyə) qulluq və köməklik göstərə biləcək
əmək qabiliyyətli
qohumları və ya qanuni nümayəndələri
olmayan pensiyaçıların
və əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
Maddə 7. "Kiçik
sahibkarlığa dövlət
köməyi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
469; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 12 (I kitab),
maddə 672; 2007, ¹ 10, maddə
938; 2015, ¹ 11, maddə 1264; 2018, ¹ 11, maddə 2199; 2019, ¹ 6, maddə
993) 7-ci maddəsinin 4-cü hissəsinin dördüncü
abzasında "əlillərin”
sözü "əlilliyi
olan şəxslərin”
sözləri ilə əvəz edilsin.
Maddə 8. "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
477; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddələr 731, 736; 2002, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə
561, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 4, maddə
275; 2013, ¹ 5, maddə 477; 2016, ¹ 11, maddə 1765; 2018, ¹ 5, maddə
872, ¹ 12 (I kitab), maddə
2505; 2019, ¹ 8, maddə 1382, ¹ 12, maddə 1908) aşağıdakı
dəyişikliklər edilsin:
8.1. 1-ci maddənin on birinci abzasında "II qrup əlil” sözləri "II
dərəcə əlilliyi
olan şəxs” sözləri ilə əvəz edilsin;
8.2. 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsi üçüncü
cümlə hesab olunsun və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Sosial xidmət
müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqların növbədənkənar
mənzil almaq hüququ "Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun 32.3-cü maddəsinə
uyğun olaraq müəyyən edilir.”.
Maddə 9. "Məhkəmə
və hüquq-mühafizə
orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 10, maddə 569; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə
692; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 8, maddə
695, ¹ 11, maddə 960; 2009, ¹ 12, maddə 966; 2013, ¹ 4, maddə
357; 2014, ¹ 1, maddə 8, ¹ 4, maddə 337; 2015, ¹ 2, maddə
75, ¹ 3, maddə 251) aşağıdakı
dəyişikliklər edilsin:
9.1. 5-ci maddənin ikinci hissəsinin "c” bəndi
üzrə:
9.1.1. birinci abzasda
"sığorta olunana
əlillik təyin olunduqda” sözləri
"sığortaolunanın əlilliyi müəyyən
edildikdə” sözləri
ilə əvəz edilsin;
9.1.2. ikinci, üçüncü
və dördüncü
abzaslarda "qrup” sözü "dərəcə”
sözü ilə əvəz edilsin;
9.2. 7-ci maddənin birinci hissəsinin "b” bəndinin
ikinci abzası aşağıdakı redaksiyada
verilsin:
"Əlilliyi olan
şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikası Qanununun
3.1-ci maddəsinə uyğun
olaraq qəbul edilmiş qərarın surəti;”.
Maddə 10. "İnsan
orqan və (və ya) toxumalarının
transplantasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
5; 2001, ¹ 12, maddə 731; 2008, ¹ 7, maddə 602; 2017, ¹ 1, maddə
1) 13-cü maddəsinin birinci
hissəsinin dördüncü
abzasında "əlil
və ya sağlamlıq imkanları
məhdud olarsa” sözləri "əlilliyi,
o cümlədən sağlamlıq
imkanlarının məhdudluğu
müəyyən edilərsə”
sözləri ilə əvəz edilsin.
Maddə 11. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə 328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə 312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 695, ¹12, maddə 1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə 501; 2015, ¹ 10, maddə 1086, ¹ 11, maddə 1250; 2016, ¹ 1, maddə 16; 2017, ¹ 3, maddə 328, ¹ 12 (I kitab), maddə 2207; 2018, ¹ 12, maddə 2488; 2019, ¹ 2, maddə 180) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
11.1. 72-ci maddənin ikinci hissəsinin "z” bəndinin dördüncü abzasının birinci cümləsində "ikinci qrup 18 yaşından yuxarı olan əlil uşaqlar” sözləri "ikinci dərəcə əlilliyi olan övladları” sözləri ilə əvəz edilsin;
11.2. 152-ci maddənin birinci hissəsinin birinci cümləsində "xəstəlikdən əlil olmuş” sözləri "xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2020-ci il
Azərbaycan.-2020.- 18 iyul.- S.7.