Polşa Respublikasının Prezidenti
Zati-aliləri cənab
Andjey Dudaya
Hörmətli cənab Prezident,
Polşa Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Polşa
əlaqələri müvəffəqiyyətlə
inkişaf edir. İnanıram ki, bunda sonra
da xalqlarımız və ölkələrimiz
arasındakı ənənəvi
dostluq münasibətlərinin
daha da genişlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda
səylərimizi davam
etdirəcəyik.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost Polşa
xalqının rifahı
naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul
2020-ci il.
Azərbaycan.-2020.-
19 iyul.- S.2.