Şərəfli alim ömrü

 

 

Yaşanmış illəri insanın sərvəti sayanlar heç də yanılmırlar. Sərvət deyəndə təbii ki, söhbət hər hansı maddi nemətdən getmir. İnsanın yaşadıqca topladığı həyat təcrübəsi, əldə etdiyi uğurlar, qazandığı dostlar, etdiyi xoş əməllər də böyük bir sərvətdir. Bunların qiyməti heç nə ilə ölçülmür.

Əgər söhbət alimdən, müəllimdən gedirsə onların qazandıqları daha çoxdur. Çünki elm inkişafın həmişə ön cəbhəsindədir. Alimlər dünyanı öyrənir və öyrəndiklərini isə sınaqdan keçirirlər. Uğurlu nəticələr cəmiyyəti tərəqqiyə doğru aparır. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalıların həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapır.

Geofizika elminin görkəmli siması, layiqli insan, geologiya-mineralogiya elmləri doktoru, akademik Fəxrəddin Əbülfət oğlu Qədirov üçün illərlə qazandığı bu sərvət bilik, təcrübə, etimad, insanların hörmət və məhəbbətidir. Onu işləməkdən, yazıb-yaratmaqdan, oxuyub-öyrənməkdən, tədqiqatlardan, araşdırmalardan yorulmağa qoymayan da bu amillərdir. Ömrünün indi 70-ci zirvəsinə ucalan Fəxrəddin Qədirov həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

F.Qədirov 1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 10 saylı orta məktəbi gümüş medalla başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.

Görkəmli alim 1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru və 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə isə geofizika ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

F.Qədirovun ömürlüyünü vərəqlədikcə həyatının böyük hissəsinin təhsillə bağlı olduğunu görürük. O, əmək fəaliyyətinə fizika müəllimi kimi başlamışdır. 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki GeologiyaGeofizika İnstitutu) "Qravimetriya” laboratoriyasına işə qəbul edilmiş, 1989-2003-cü illər ərzində "Qravimetriya” laboratoriyasına, 2005-2007-ci illərdə "GeotektonikaGeodinamika”, 2008-ci ildən "GeodinamikaSeysmologiya” şöbəsinə rəhbərlik etmişdir. F.Qədirov 2008-ci ildən "Yer Fizikası” seksiyasının, 2015-ci ildən isə "Geodinamikakosmik geodeziya” şöbəsinin rəhbəridir. O, eyni zamanda AMEA GeologiyaGeofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir. Görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universiteti "Zəlzələ Araşdırma Mərkəzində”, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin "Geofizika Mühəndisliyi” bölümündə professor vəzifəsində çalışmışdır.

F.Qədirov 2013-2019-cu illər arasında AMEA Rəyasət Heyətinin üzvüYer Elmləri Bölməsinin akademik katibi olmuşdur. Hazırda AMEA Yer Elmləri Bölməsi Elmi Şurasının sədr müavinidir. Akademik Fəxrəddin Qədirov AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ildən NeftQaz İnstitutuna direktor təyin edilmışdir.

2000 və 2001-ci illərdə Massaçusets Texnologiyalar İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS texnologiyasını mənimsəyərək, ilk dəfə bu texnologiyanı plitə tektonikası konsepsiyası çərçivəsində Qafqaz-Xəzər regionunun geodinamikkinematik şəraitini, neftli-qazlı sahələrin və enerji dəhlizlərinin geodinamik təhlükəsizliyinin öyrənilməsində tətbiq etmişdir.

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktalstatistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunusaat əqrəbinin əksi istiqamətində dönməsini və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif etmişdir. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəlməsini göstərmişdir. O, həmkarları ilə birlikdə Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləmişdir.

Akademik Fəxrəddin Qədirov 250-dən artıq elmi məqalənin, o cümlədən rus dilində nəşr olunan "Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, "Qeoloqiə Azerbaydjana” IV, V və VII cildlərinin, ingilis dilində "Hydrocarbon systems of the South Caspian Basin”, Springer nəşriyyatında nəşr olunan ikicildlik "Geosciences of Azerbaijan” və s. kitabların, Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir.

Tanınmış beynəlxalq jurnallarda alimin əsərlərinə çox sayda istinad olunur. Onun rəhbərliyi altında geofizika üzrə 14 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, BDU-nun geologiya fakültəsinin "SeysmologiyaYer təkinin fizikası” kafedrasının professoru və AMEA-nın GeologiyaGeofizika İnstitutundakı filialının rəhbəridir. 2010-cu ildə AMEA-nın Fəxri fərmanı və 2015-ci ildə isə "Şöhrət” ordeni ilə təltif olunmuşdur.

F.Qədirov hər yerdə özünə məxsusdur, insanlara, məsələlərə yanaşma tərzi ilə bənzərsizdir. Kifayət qədər geniş təfəkkürə malikdir, öz imkanlarını düzgün dəyərləndirə bilən alimdir. Onun elmdə əzmkarlığı daim özünü göstərir, hər gün nəsə araşdırır, nəsə yazıb-yaradır, dəyərli tədqiqatları, əsərləri ilə elmi ictimaiyyətin rəğbətini qazanır. Görkəmli alim Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU), Avropa Yer Elmləri İttifaqının (EGU) və Azərbaycan Geofizika Cəmiyyətinin üzvüdür. O, eyni zamanda AMEA-nın "ANAS Transactions, Earth Sciences” jurnalının redaktor müavini, "Azərbaycanda Geofizika Yenilikləri” jurnalının, "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, TC Pamukkale Üniversitesi "Mühendislik Bilimleri Dergisi” məcmuələrinin redaksiya heyətinin üzvüAvropa "Geophysical Prospecting” və "Geodynamics” və s. elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən Beynəlxalq GeodeziyaGeofizika İttifaqı (İUGG) nəzdindəki Azərbaycan Milli GeodeziyaGeofizika Komitəsinin (AMGGK) Beynəlxalq Geodeziya Assosiasiyasının, Elmlər Akademiyalarının Beynəlxalq İttifaqının (MAAN) Azərbaycan üzrə "GeodeziyaGeofizikaElmi şurasının rəhbəridir. F.Qədirov bir çox beynəlxalq konsorsiumlarda layihə rəhbəri olmuşdur.

Akademik dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında EİF-nin, SOCAR-ın Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür.

 

Yüksək insani dəyərlərə və tükənməz elmi ideya generasiya potensialına malik olan vətənsevər alim Fəxrəddin Qədirov bu gün də axtarışlarına davam edirfundamental elmi məsələlərin həllini düşünür. Ona gələcək elmi, pedaqojiictimai fəaliyyətində uğurlar arzu edirik.

 

İbrahim QULİYEV,

AMEA-nın birinci vitse-prezidenti, akademik

Azərbaycan.-2020.- 19 iyul.- S.4.