Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci və 17-ci bəndlərini
rəhbər tutaraq,
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1168, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹
12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222; Azərbaycan Respublikasının 2020-ci il
30 mart tarixli 41-VIQD nömrəli,
24 aprel tarixli 62-VIQD nömrəli və 1 may tarixli 69-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.
28.4.1-ci və 30.2-ci maddələrdə
ismin müvafiq hallarında "ikinci qrup əlillər” sözləri ismin müvafiq hallarında
"ikinci dərəcə
əlilliyi olan şəxslər” sözləri
ilə əvəz edilsin və ismin müvafiq hallarında "uşaqlar”
sözündən əvvəl
"18 yaşınadək” sözləri əlavə
edilsin.
2. 43.1-ci maddədə "204-208” rəqəmləri
"204, 205, 205-1.2, 206-208” rəqəmləri
ilə əvəz edilsin.
3. 72.1-ci maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin
(qiraətçilərin və
peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə
etdiyi hallarda, həmin ixtisaslaşmış
vasitəçilər (qiraətçilər
və peşəkar surdo tərcüməçilər)
bu Məcəllənin
məqsədləri üçün
tərcüməçi hesab
olunurlar.”.
4. Aşağıdakı məzmunda
205-1-ci maddə əlavə
edilsin:
"Maddə 205-1. Əlilliyi
olan şəxslərin
hüquqları haqqında
qanunvericiliyin pozulması
205-1.1. Əlilliyi olan şəxslərin hüquqları
haqqında qanunvericiliyin
pozulmasına, yəni:
205-1.1.1. əmək münasibətlərində
əlillik əlamətinə
görə hər hansı ayrı-seçkiliyə
yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər
işçilərlə münasibətdə
əlilliyi olan şəxslərin əmək
hüquqlarının məhdudlaşdırılmasına;
205-1.1.2. əlilliyi olan şəxsin səhhətinin
peşə vəzifələrini
yerinə yetirməsinə
mane olduğu, yaxud başqa şəxslərin
səhhəti və əmək təhlükəsizliyi
üçün təhlükə
törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək
müqaviləsini bağlamaqdan,
işdə irəli çəkməkdən imtina
edilməsinə, əmək
müqaviləsinə xitam
verilməsinə və
öz razılığı
olmadan başqa işə (peşəyə,
vəzifəyə) keçirilməsinə;
205-1.1.3. müəssisənin ləğv
edilməsi halları istisna olmaqla, müddətindən asılı
olmayaraq, reabilitasiya müəssisəsində və
digər reabilitasiya subyektlərində müalicə
keçən əlilliyi
olan şəxslərlə
bağlanılmış əmək
müqaviləsinin işəgötürən
tərəfindən ləğv
edilməsinə;
205-1.1.4. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
205-1.1.5. əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;
205-1.1.6.
işəgötürənlər həmin istehsalatda bədbəxt
hadisələr nəticəsində əmək qabiliyyətini
itirmiş və ya peşə xəstəliyinə tutulmuş
və bunun nəticəsində əlilliyi müəyyən
edilmiş işçilərin, onların arzusu ilə və
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə
uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya
Proqramını nəzərə alaraq, işə düzəlməsi
üçün iş yerləri ayırmamağa və ya
yenilərini təşkil etməməyə görə - üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
205-1.2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
5. 342.1.11-ci maddədə "əlil” sözü "əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.
6. 346-1.3-cü maddədə "Əlillərin” sözü "Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
7. 603.2-ci maddədən "sağlamlıq imkanlarının məhdudluğunun və ya” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 02 iyun
2020-ci il
Azərbaycan.-2020.-
19 iyul.- S.6.