“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1005; 2008, ¹ 6, maddə 474, ¹ 7, maddə 602; 2015, ¹ 3, maddə 257; 2018, ¹ 5, maddə 871; 2019, ¹ 3, maddə 380) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddəyə "bu Qanundansözlərindən əvvəl "İnzibati icraat haqqındaAzərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 3-cü maddəyə "müvafiq icra hakimiyyəti orqanındasözlərindən əvvəl "birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,” sözləri əlavə edilsin " s.” sözləri çıxarılsın.

3. 6-cı maddə üzrə:

3.1. 6.1-ci maddədən "yaşayış yeri üzrəsözləri çıxarılsın;

3.2. 6.2-ci maddəyə "bu Qanunasözlərindən əvvəl "İnzibati icraat haqqındaAzərbaycan Respublikasının Qanununa sözləri əlavə edilsin.

4. 8.1-ci maddədə "2 ilsözləri "1 ilsözləri ilə əvəz edilsin.

5. 10-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı gəliri haqqında) tam düzgün məlumat verməlidir.

10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.

10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayanya natamam məlumat verildiyi aşkar olunduqdayaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

10.5. Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.

10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tamya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2020-ci il

Azərbaycan.-2020.- 19 iyul.- S.6.