“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 125-VIQD nömrəli Qanununun tətbiqi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 125-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikası Qanununun 10.2-ci (hər iki halda), 10.3-cü maddələrində (hər iki halda) 10.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10.3-cü maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) 10.6-cı maddəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 10.2-ci maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

1.5. həmin Qanunun 10.3-cü maddəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, "AzərişıqAçıq Səhmdar Cəmiyyəti, "AzərsuAçıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqazİstehsalat Birliyi nəzərdə tutulur.

2. "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1007; 2011, ¹ 7, maddə 633; 2017, ¹ 5, maddə 826; 2019, ¹ 7, maddə 1220) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd 2.1-2-ci bənd hesab edilsin həmin bənddə "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikası Qanunununsözləri "həmin Qanununsözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.1-ci 2.1-1-ci bəndlər əlavə edilsin:

"2.1. "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikası Qanununun 10.2-ci (hər iki halda), 10.3-cü (hər iki halda) maddələrində 10.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1-1. həmin Qanunun 10.3-cü maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

2.3. 2.3-cü bənd üzrə:

2.3.1. ", 6.3-cü, 10.2-ci 10.3-cü” sözləri " 6.3-cü” sözləri ilə əvəz edilsin;

2.3.2. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.4-cü, 2.5-ci 2.6-cı bəndlər əlavə edilsin:

"2.4. həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) 10.6-cı maddəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 10.2-ci maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

2.6. həmin Qanunun 10.3-cü maddəsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, "AzərişıqAçıq Səhmdar Cəmiyyəti, "AzərsuAçıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqazİstehsalat Birliyi nəzərdə tutulur.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2020-ci il

Azərbaycan.-2020.- 19 iyul.- S.6.