Azərbaycan
Respublikasının Müdafiə naziri ilə
rusiyalı həmkarı arasında telefon
danışığı olub
İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Telefon
danışığı əsnasında Rusiya
Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu general-polkovnik Zakir Həsənova Rusiya
Silahlı Qüvvələrinin döyüş
hazırlığının qəfil yoxlamaları tədbirləri
haqqında məlumat vermişdir. Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən
planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində
baş vermiş hadisələrlə
bağlı olmadığını
vurğulamışdır.
Azərbaycan.-2020.- 19 iyul.- S.2.