Nümayişçilərin
şüarları Ermənistanın Berlindəki səfirliyini
titrədir
Almaniya-Azərbaycan
Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının
Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü
ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki
səfirliyinin binası qarşısında Almaniya
paytaxtında yaşayan həmvətənlərimizin
genişmiqyaslı etiraz aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan həqiqi Azərbaycan vətənpərvərləri toplaşıblar.
Bu aksiyada iştirak etmək üçün gəlmiş, lakin pandemiya səbəbindən tədbirdə iştirak etməsinə icazə verilən insanların sayından çox olan daha 500 nəfər isə iştirakçıların əsas qrupunun toplaşdığı yerin yaxınlığında sıraya düzülərək əsas iştirakçılar qrupunun səsləndirdiyi şüarları onlarla birlikdə xorla təkrar edir.
Bu dəqiqələrdə Ermənistan səfirliyinin qarşısında baş verənləri təsvir etmək çətindir! Mitinq iştirakçılarının söylədiyi "Qarabağ Azərbaycandır!”, "Azərbaycan, biz səninləyik!”, "Ya Qarabağ, ya ölüm!”, "Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirir! Vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur. Ermənistanın Berlindəki səfirliyi bu şüarların əks-sədasından silkələnir! Qoy pərdə arxasında gizlənmiş bədbəxt diplomatlar bu səsi eşitsinlər, qoy onlar satqın nasist Nikol Vardanovıç Paşinyanın meydandan baş nazir kürsüsünə hoppanmış nəvəsinə məruzə etsinlər: illər keçdikcə azərbaycanlılar, sizin ümidlərinizə rəğmən, Qarabağı nəinki unutmayıblar, hətta Vətənin azad edilməsi uğrunda canlarından belə keçməyə daha böyük əzmlə hazırdırlar!
Bu dəqiqələrdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri həmvətənlərimizin qarşısında alovlu nitqlər söyləyirlər.
Biz əminik
ki, bu binanın daxilində gizlənmiş erməni diplomatlar
indi əsəbi halda, titrəyə-titrəyə bütün
bu nitqləri yazırlar, yanlarındakı külqabı isə
siqaret kötükləri ilə doludur. Düzdür,
oxuyun, anlayın: işğal
müvəqqətidir, düşmən darmadağın ediləcək,
biz qalib gələcəyik!
Azərbaycanın bu qədər
şanlı övladları var, ona görə sizə heç
nə və heç kəs kömək
etməyəcək!
Azərbaycan.-2020.- 19 iyul.- S.5.