Budapeştdə erməni təcavüzünə
qarşı kütləvi mitinq keçirilib
Budapeştin
mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin
kütləvi aksiyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, “Qardaşlıq” Macarıstan-Azərbaycan
Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi
(AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan
Evinin birgə təşəbbüskarlığı ilə
Dunay üzərində şəhərin mərkəzi hissəsində
keçirilən mitinqdə “Erməni təcavüzünü
dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan
beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali
Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi
şüarlar səsləndirilib. Aksiya
iştirakçıları əllərində Azərbaycan,
Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın
regionda davranışını pisləyən transparantlar
tutublar.
İştirakçılar
arasında müxtəlif, o cümlədən türk, qazax,
Bosniya diasporlarının təmsilçiləri də olub.
Mitinq
insidentsiz keçib, çaşqın və köməksiz
halda kənarda dayanaraq, öz ölkələrinin necə
“yuyulub sərilməsini”, onun “tarixi xüsusiyyətləri” və
“Allah tərəfindən seçilmələri” barədə
yalanların necə ifşa edilməsini izləyən ermənilər
də hər hansı provokasiya törətməyə cəsarət
etməyiblər.
Azərbaycan.-2020.- 19 iyul.- S.5.