“Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli
30 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının
həyata keçirilməsinə
dair tədbirlər barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 12, maddə
744; 2000, ¹ 1, maddə 34; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə
478; 2006, ¹ 7, maddələr 590, 593; 2009, ¹
11, maddə 888; 2010, ¹ 7, maddə
610; 2015, ¹ 1, maddə 16, ¹ 8, maddə 915) 7-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"7. Müəyyən edilsin ki:
7.1. "Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası
Qanununun 93-3-cü maddəsinin
altıncı hissəsinin
ikinci cümləsində,
107-ci maddəsinin birinci
hissəsinin üçüncü
cümləsində, 110-cu maddəsinin
birinci hissəsinin beşinci abzasında,
112-ci maddəsinin doqquzuncu
hissəsinin dördüncü
- altıncı abzaslarında,
onuncu hissəsinin ikinci - dördüncü,
altıncı və yeddinci abzaslarında,
114-cü maddəsinin ikinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
7.2. həmin Qanunun
107-ci maddəsinin birinci
hissəsinin üçüncü
cümləsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
7.3. həmin Qanunun
109-cu maddəsinin dördüncü
hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
7.4. həmin Qanunun 90-cı maddəsinin beşinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
maliyyə məsələləri
üzrə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, maddi-texniki təminat məsələləri
üzrə Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının
ərazisində Naxçıvan
Muxtar Respublikasının
Ədliyyə Nazirliyi,
altıncı hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini isə
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir;
7.5. həmin Qanunun 55-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin
birinci hissəsində
(məhkəmələrin maliyyə
və digər maddi-texniki təminatı üzrə) və ikinci hissəsinin ikinci cümləsində
(yalnız birinci instansiya məhkəmələrində
həmin maddədə
qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması
üzrə), 88-ci maddəsinin
dördüncü hissəsində,
97-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində (yalnız
birinci instansiya məhkəmələrinə münasibətdə)
və ikinci hissəsində, 107-ci maddəsinin
ikinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Naxçıvan
Muxtar Respublikasının
ərazisində Naxçıvan
Muxtar Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirir;
7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin
ikinci hissəsinin birinci cümləsində,
86-cı maddəsinin adında,
birinci hissəsində,
ikinci hissəsinin birinci və ikinci cümlələrində,
üçüncü və
dördüncü hissələrində,
87-ci maddəsinin ikinci
və üçüncü
hissələrində, 88-ci maddəsinin dördüncü
hissəsində, 91-ci maddəsində,
97-1-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində və
ikinci hissəsində,
107-ci maddəsinin ikinci
hissəsində, 112-ci maddəsinin
birinci hissəsinin ikinci cümləsində və altıncı hissəsində, 114-cü maddəsinin
birinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir;
7.7. həmin Qanunun
108-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
rayon (şəhər) icra
hakimiyyəti orqanları
həyata keçirirlər;
7.8. həmin Qanunun 113-cü maddəsinin üçüncü
hissəsinin birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
7.9. həmin Qanunun
88-ci maddəsinin beşinci
hissəsində müvafiq
icra hakimiyyəti orqanının tədris-elm
müəssisəsi dedikdə
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyası
nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2020-ci il
Azərbaycan.-2020.-
21 iyul.- S.6.