Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1209, ¹ 10, maddə
2002; 2019; ¹ 5, maddələr 822, 825, ¹ 10, maddə 1588, ¹ 12, maddə
1929) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
5.4-cü bəndə "birinci
müavini” sözlərindən
əvvəl "iki” sözü əlavə edilsin;
1.2. 5.8-ci
bənddə "müavininə”
sözü "müavinlərindən”
sözü ilə əvəz edilsin;
1.3. 5.9-cu
bənddə "müavinindən”
sözü "müavinlərindən”
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul
2020-ci il
Azərbaycan.-2020.-
21 iyul.- S.2.