Birinci vitse-prezident Mehriban
Əliyeva 12 şəhid hərbçi ilə bağlı
Heydər Əliyev Fonduna
tapşırıq verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.
Tovuz rayonu
istiqamətlərdə şəhid olan hərbçilərin
ailə üzvlərinin bütün
qayğılarının Mehriban
Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində
olacağı bildirilib.
Qarşıdakı günlərdə fondun
nümayəndələri Ağstafa, Tovuz, Qazax,
İsmayıllı, Biləsuvar və Masallı rayonlarında
olaraq şəhid ailələrinə baş çəkəcəklər.
Azərbaycan.-2020.- 21 iyul.- S.1.