Avropa Parlamentinin deputatı: Avropa
İttifaqı Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini qəbul etmir
"Avropa
Parlamenti-Azərbaycan” parlament dostluq qrupunun prezidenti Andris
Ameriks Ermənistanın Azərbaycanla sərhəddə
törətdiyi fitnəkar hərəkətlərə öz
münasibətini bildirib.
AZƏRTAC
xəbər verir ki, bu siyasətçi Azərbaycanın
Belçikadakı diplomatik nümayəndəliyinə
göndərdiyi məktubunda tərəfləri münaqişəni
beynəlxalq hüququn normaları əsasında ən
qısa müddətdə dinc yolla nizamlamağa
çağırıb. Andris vurğulayıb ki, "Şərq
tərəfdaşlığı” ölkələrində regional münaqişələr məsələsində
Avropa Parlamentinin mövqeyi beynəlxalq səviyyədə
tanınmış dövlət sərhədləri daxilində
dövlətlərin ərazi bütövlüyünün
qeyd-sərtsiz dəstəklənməsindən və
onların zorla dəyişdirilməsinin
yolverilməzliyindən ibarətdir.
Azərbaycan.-2020.- 21 iyul.- S.3.