Mətbuat fədaisi - Rəşid bəy İsmayılov

 

Azərbaycan milli mətbuatının - 145

 

Azərbaycan milli mətbuatının 145 illik yubileyi ərəfəsində ötən əsrin əvvəllərində xalqımızın maariflənməsi, azadlığı və müstəqil dövlət quruculuğu uğrunda mübarizədə jurnalistlik fəaliyyəti ilə diqqət çəkən mətbuat cəfakeşlərindən Xəlil İbrahim, Əhməd Cavad, Məhəmməd Hadi, Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Mirzə Bala Məmmədzadə, Abdulla Sur, Mirzə Cəlal Yusifzadə, Mirzə Abbas Abbaszadə, Rəşid bəy İsmayılov və digərləri də böyük ehtiramla xatırlanır. Bu insanlar uzun illər tədqiqatdan kənarda qalmışdılar.

Rəşid bəy İsmayılov jurnalistlik fəaliyyəti nisbətən az araşdırılmış yazarlarımızdandır. O, xalqımızın yaddaşında və o dövrün mətbuat səhifələrində fəallığı ilə seçilən dəyərli yazar-müəllim kimi qalmışdır. Rəşid bəy ədəbi fəaliyyətə başladığı ilk illərdə xalqımızın haqq və hüquqlarının müdafiəçisi kimi oddan-alovdan keçsə də, bu yolda təqib və təzyiqlərə məruz qalsa da, amalından dönməmişdir. Əli qələm tutandan jurnalist, pedaqoq və tərcüməçi kimi xalqına xidmətdən yorulmamışdır.

Mətbuat sevdalısı, böyük ziyalı Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində maarifpərvər ailədə dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Xatırladaq ki, Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, "Molla Nəsrəddin” jurnalının fəal əməkdaşlarından idi. Böyük qardaşı ilə həmkar olmaq istəyən Rəşid bəy 1903-cü ildə "Şərqi-rus” qəzetində işə başlayır, Məhəmməd ağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə ilə birlikdə çalışır. Rus dilini yaxşı bildiyindən, habelə bu sahədə "Molla Nəsrəddin”çi qardaşı ona dəstək göstərdiyindən QafqazdaRusiyada çap olunan rusdilli mətbuat orqanlarında da müntəzəm çıxışlar edir.

Dövrün görkəmli ədib və ziyalıları ilə dostluq əlaqələri qurur. "Şərqi-rus”un nəşri dayandırıldıqdan sonra "Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik edir.

1905-ci ildə azərbaycanca qəzet nəşr etmək üçün Qafqaz senzura komitəsinə ərizə verənlər içərisində Cəlil Məmmədquluzadə, Qafqaz canişini dəftərxanasının Hərbi-xalq idarəsinin tərcüməçisi, Qori Müəllimlər Seminariyasının yetişdirməsi Məmməd bəy Vəkilov, Batumdan Məmməd bəy Sancaqbəyzadə və Şəkidən Əbdülməbud Mustafayevlə bərabər Rəşid bəy İsmayılov da var idi. O, "Təzə zaman” adlı mətbuat orqanını nəşr etdirmək üçün Qafqaz canişininə müraciətində bildirir ki, geniş proqramlı bir qəzet çap etmək, onun vasitəsilə Qafqaz xalqları arasında dostluqbirlik ideyaları yaymaq istəyindədir. Lakin onun panislamist ruhlu olması bəhanə gətirilərək qəzetin nəşrinə icazə verilmir. Hətta ona qarşı əsassız iddia da irəli sürülür.

Amalından geri çəkilməyən Rəşid bəy canişinliyə rəsmi müraciət edərək dörd milyonluq müsəlman əhalisinin yalnız bir mətbuat orqanına - "Həyat” qəzetinə malik olmasını böyük insafsızlıq adlandırır, senzura komitəsindəki erməni burjua millətçilərinin antihumanistşovinist mövqeyini açıqlayır. Çap etmək istədiyi kiçik formatlı, müəyyən hissəsi elanlardan ibarət "Təzə zaman”ın senzuradan keçirilməsinin vur-tut 30-40 dəqiqə vaxt aparacağını göstərir, "senzor çatışmazlığı”nın formal və komitənin praktikasında tez-tez istifadə edilən bəhanə oluğunu canişinin nəzərinə çatdırır.

Lakin onun yazdıqlarına reaksiya verilmir. Rəşib bəy İsmayılov prinsipiallıq göstərərək Qafqaz senzura komitəsinin Azərbaycan mətbuatına ədəbiyyatına düşmən münasibətini, ilk növbədə, burada öz xalqının mənafeyini müdafiə edən azərbaycanlı senzorun olmaması ilə izah edir: "Qafqaz senzura komitəsində ermənilərdən, gürcülərdən ruslardan senzorlar var, azərbaycanlılardan isə bir nəfər yoxdur. Müsəlman mətbuatının senzuradan keçirilməsi iki erməniyə - Kişmişov Qaraxanova tapşırılmışdır. Qəti şəkildə bildirir sübut etməyə hazıram ki (əks təqdirdə böhtan atdığıma görə cavab verməyə hazıram), onlar şərq dilləri ilə çox yarıtmaz səviyyədə tanışdırlar”.

Azərbaycanlı ziyalılar tərəfindən senzura komitəsinin nəzərinə dəfələrlə çatdırılan bu həqiqət yenə təsirsiz qalır. Lakin bundan sonra Rəşid bəy İsmayılov özünəməxsus cəsarət publisistik ehtirasla paytaxt qəzetlərində çıxan məqalələrində Azərbaycan mətbuatına münasibətdə laqeydliyi, irad tələblərini senzura komitəsindən o qədər fərqli mövqe tutmayan Qafqaz canişininin nəzərinə çatdırır. Ümumiyyətlə, bu zaman M.Şahtaxtinski, Ə.Ağayev, C.Məmmədquluzadə, M.Ş.Mirzəyev Rəşid bəy İsmayılov kimi qələm sahibləri, ziyalılar Azərbaycan mətbuatının taleyinin erməni əsilli Kişmişov Qaraxanova, habelə azərbaycanlılara ögey münasibət bəsləyən şəxslərə tapşırılmasına qarşı çıxırlar.

Uzunmüddətli yazışmalardan canişinə göndərdiyi çoxsaylı şikayət ərizəsindən sonra Rəşid bəy İsmayılov "Təzə zaman”ın nəşrinə icazə ala bilir. Az sonra hələ "Şərqi-rusqəzetindən yaxşı tanıdığı Cəlil Məmmədquluzadə ilə birlikdə Məmməd bəy Vəkilovun "İqbalqəzetinin xeyrinə "Novruz "Təzə zamanqəzetlərinin nəşrindən imtina edirlər.

Rəşid bəy İsmayılov publisist fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. "Müxtəsər Qafqaz tarixi Zaqafqaziyada zühur edən məşhur türk ədib şairlərinin müxtəsərən tərcümeyi-hallarıkitabı 1904-cü ildə "Şərqi-rusmətbəəsində çap olunur. Kitabda Qafqazın, o cümlədən XIX əsr Azərbaycan tarixindən bəhs olunur. Ədibin tərcüməçilik fəaliyyəti diqqətçəkəndir. Rəşid bəy qardaşı Qori Müəllimlər Seminariyasının məzunu Kərim bəy kimi rus dili ilə bərabər gürcü dilini yaxşı bilirdi. Tiflis ədəbi mühiti onda teatra da dərin maraq doğurur. Çox keçmir beynəlmiləl tərkibli Azərbaycan teatr truppası ilə sıx əməkdaşlıq edir. Teatrın repertuar baxımından yeni əsərlərlə zənginləşməsinə böyük səy göstərir. Bu məqsədlə o, gürcü dramaturqu Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan "Koroğlupyesini dilimizə tərcümə edir. Bu, Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri olur.

Bu haqda 1889-cu ildə "Kafkazqəzeti öz səhifəsində yazırdı: "Bu gün, iyunun 9-da Bank teatrında Azərbaycan dilində tamaşa göstəriləcək. Tamaşaya gürcü dramaturqu Zurab Antonovun Rəşid bəy İsmayılov tərəfindən tərcümə edilmiş "Koroğludramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr fondunun yaradılmasına sərf ediləcəkdir”.

Mətbuat sevdalısı jurnalist, naşirpedaqoq Rəşid bəy İsmayılovun ictimai-siyasi və ədəbi fəaliyyətində Azərbaycan xalqının maariflənməsinə, müstəmləkə buxovundan azad olmasına və milli dövlət quruculuğuna xüsusi istək və dəstək nümayiş olunur. Jurnalist Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifə sahibi olmuşdur. Bundan başqa, 15 yanvar 1919-cu ildə Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilərkən "Həmyerlilər cəmiyyəti” təsis edilir. Millət təəssübkeşi Rəşid bəy İsmayılov yekdilliklə bu cəmiyyətin məsul katibi seçilirqurumun geniş fəaliyyəti üçün səmərəli işlər görür.

Tədqiqatçıların Rəşid bəy İsmayılovla bağlı araşdırmalarından məlum olur ki, ölkəmiz 1920-ci ilin aprelində sovet imperiyası tərəfindən işğal olunduqdanbolşevik-daşnak birləşmələri Xalq Cümhuriyyətini süquta uğratdıqdan sonra repressiyadan tək-tək də olsa yayına bilən cümhuriyyət qurucularından biri olmuşdur. Sovetləşmənin ilk illərində Bakıda 18 saylı məktəbdə tarix fənnini tədris etmişdir. Bu müddətdə yenə də yazıb-yaratmaqdan çəkinməmişdir, "Azərbaycan tarixi” adlı kitab üzərində işləyib, onu 1923-cü ildə nəşr etdirmişdir. Əsərin "Mavəyari-Qafqazın elani-istiqlalı” hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti” bölməsi isə hökumətin fəaliyyətinə həsr edilmişdir. Əsərdə Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelinə qədər olan dövrü genişliyi ilə işıqlandırılmışdır.

Tədqiqatçılar Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsün Rəşid bəy İsmayılova məxsus olduğunu bildirirlər. Kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapıb.

Jurnalist prinsipiallığı, millət təəssübkeşliyi ilə seçilən, Azərbaycan milli mətbuatının yaranmasında və inkişafında xidmətləri olan fəal yazar, pedaqoq və tarixçi Rəşid bəy İsmayılov 64 yaşında (1941) Bakıda dünyasını dəyişmişdir.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 21 iyul.- S.5.