Kiçik qisas alındı,
növbə böyük qisasındır!
Satqınlar və xəyanətkarlar
da məsuliyyətdən yaxa qurtara bilməyəcəklər
Sövet dövründə Sov.İKP ilə
bağlı çoxsaylı lətifələr
yaradılmışdı və hamı bunları bir-birinə
söyləyərək gülürdü. Onlardan biri belə
idi:
Bir dəfə sıravi fəhlələrdən birini raykomun bürosunda partiyaya qəbul edirlər. Büro üzvlərindən biri namizədə sualla müraciət edir:
-
Bizim düşmənimiz kimdir? - (O zamanlar dünya imperializmi
kommunizmin düşməni sayılırdı).
Fəhlə
sadəlövlüklə ürəyindəkini söyləyir:
- Ermənilər!
Partkom
işin korlandığını və buna görə
başının ağrayacağını duyaraq onun səhvini
düzəltmək üçün suala düzəliş
verir:
- Adə,
daxili düşmənləri soruşmur ey, xarici düşmənləri
xəbər alır!
Dövr
və zaman dəyişib.
Hətta
düşmənlər də!
Bu
gün ermənilər artıq xarici düşmənə,
torpaqlarımızın işğalçılarına
çevriliblər.
Daxili
düşmənlər rolunda isə özümüzünkülər
çıxış edirlər: satqınlar, xəyanətkarlar,
radikallar, "5-ci kolon” üzvləri, təxribatçılar
və sosial şəbəkədə murdarlıq edənlər.
Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olan əməliyyat
Öz aləmində özünü "ağıllı və bic” hesab edən Paşinyan sələflərinin "səhvini düzəltmək”, Aprel müharibəsinin və Günnüt əməliyyatının əvəzini çıxmaq üçün qəflətən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətindən Azərbaycana hücuma keçdi, yaşayış məntəqələrini və sərhəd postlarını top atəşinə tutdurdu.
Erməni xisləti, erməni
məkri burada da duyulurdu. Ancaq, necə deyərlər, daş
qayaya rast gəlmişdi!
Siyasətin ibtidai sinfində oxuyan
Paşinyan siyasət nəhəngi İlham Əliyevi heç
cürə çaşdıra bilməzdi.
Ermənistan
ərazisindən gülünc bir bəhanə ilə Azərbaycana
hücum edən Paşinyan Azərbaycanın Aprel
döyüşlərində olduğu kimi, güclü əks-hücuma
keçəcəyini gözləyirdi.
Öz ağlı ilə...
Bununla da o KTMT-ni - xüsusən Rusiyanı Azərbaycan əleyhinə hərbi əməliyyatlara cəlb edəcəyini düşünürdü...
Ali Baş Komandan İlham Əliyev özünün siyasətçi müdrikliyini və uzaqgörənliyini, sərkərdə məharətini və qətiyyətini növbəti dəfə də nümayiş etdirərək Paşinyana hərb və siyasət dərsi keçdi, onu sələflərindən də axmaq vəziyyətə saldı!
Bütün bunları Azərbaycan xalqı ilə bərabər, bütün dünya da gördü!
Gördü ki, Azərbaycan "erməni bicliyi”nə uymadan Ermənistanın başından necə vurdu!
Gördü ki, dinc əhalini və sərhədyanı kəndləri top atəşinə tutan düşmənə müasir silahlardan necə dağıdıcı zərbələr endirildi!
Gördü ki, Azərbaycan düşmənə bir santimetr belə torpaq vermədən, bir addım belə geri çəkilmədən onu necə hərbi əməliyyata başlamasına peşiman etdi!
Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Milli Ordumuz düşmənin bütün atəş nöqtələrini, hərbi texnika və canlı qüvvəsini tar-mar edərək hərbçilərimizin qisasını qısa vaxtda aldı.
12 iyulda keçirilən əməliyyatda nə gördük?
2016-cı ilin dörd günlük Aprel müharibəsində gördüklərimizdən də artığını:
* Azərbaycan xalqı düşmənin hücum xəbərini alan tək bir nəfər kimi ayağa qalxdı, dövlətinə, Ali Baş Komandanına dəstəyini və məhəbbətini ifadə etdi;
* Azərbaycan Ordusu baş sərkərdə İlham Əliyevin rəhbərliyi ilə düşmənə bir-birinin ardınca sarsıdıcı, dağıdıcı zərbələr endirərək, malik olduğu müasir silahların gücünü göstərdi;
* Azərbaycan gəncləri hərbi səfərbərlik məntəqələrinə gəlib Orduya yazılaraq, düşmənə qarşı vuruşmaq üçün hərbi paltar geyinib silah götürmək əzmini nümayiş etdirdi;
* Azərbaycan xalqı şəhid balalarını çox böyük izzət və məhəbbətlə son mənzilə alqışlarla yola saldı, şəhidlərə və onların ailə üzvlərinə hörmət və ehtiramlarını bildirdi;
* Azərbaycan vətənsevərləri dövlət başçısı İlham Əliyevin hərbi əməliyyatlara rəhbərliyindən, yeritdiyi siyasətdən, şəhidlərin qisasını dərhal almasından məmnun qalaraq Ali Baş Komandana hörmət, məhəbbət və razılıqlarını səmimi sözlərlə ifadə edən saysız-hesabsız məktublar ünvanladılar;
* Azərbaycan xalqı öz rəhbərinin başçılığı ilə tezliklə işğal altındakı torpaqları azad etmək əzmini və niyyətini bir daha ortaya qoydu!
Bəli, Ali Baş Komandanın qətiyyət və prinsipiallığı nəticəsində kiçik qisasımızı aldıq, itkilərimizin əvəzini artıqlaması ilə çıxdıq!
Növbə böyük qisasındır!
* Bəli, Azərbaycan xalqı dağıdılan kənd və şəhərlərinin, məhv edilən tarixi abidələrinin, dini məbədlərinin, ictimai və şəxsi tikililərin qisasını alacaqdır;
* Azərbaycan xalqı şəhid olmuş övladlarının, yetim qalmış balalarının, əlil olmuş qazilərinin qisasını alacaqdır;
* Azərbaycan xalqı Xocalı, Qaradağlı, Bağanıs Ayrım və törədilmiş digər soyqırımlarının qisasını alacaqdır;
* Azərbaycan xalqı xaraba qalmış ev-eşiyinin, dağıdılmış qəbiristanlıqlarının, qaçqın düşərgələrində yaşadığı çətin və məşəqqətli günlərinin qisasını alacaqdır;
* Azərbaycan xalqı girovluqda iztirablar çəkdirilən qoca, qadın və uşaqların, gülləyə hədəf seçilən mülki vətəndaşlarının, qanına qəltan edilən fidan balalarının - Farizlərin və Aygünlərin qisasını alacaqdır!
Bu qisasdan yaxa qurtarmağın yalnız bircə yolu var:
Ermənistanın indiki ağılsız və faşistpərəst rəhbərliyi olub-qalan ağlını başına yığmalı, qoşunlarını gecikmədən işğal ərazisindən çıxarmalı, məsələnin sülh yolu ilə, BMT-nin məlum qətnamələri əsasında həllinə razılıq verməlidir.
Azərbaycan
xalqının və onun Ali Baş Komandanı İlham
Əliyevin səbri kimi qəzəbi də böyükdür!
Ermənistan
növbəti dəfə bunu 12 iyul günlərində bir
daha sınaqdan çıxardı!
Vətəni sevmək azdır, onu qorumağı da bacarmalıyıq
Hər bir müharibədə hadisələr adətən iki məkanda cərəyan edir: ön cəbhədə və arxa cəbhədə!
Bu dəfə arxa cəbhə 3 "ərazi” sayılırdı:
* Tovuzun sərhəd kəndi Ağdam;
* Ölkə paytaxtı Bakı;
* Bir də sosial şəbəkə.
Ön cəbhədə hər şey aydındır:
Güclü və müasir Ordumuz, yüksək biliyə malik zabitlərimiz, təlim görmüş əsgərlərimiz var!
12 iyulda
bir daha bunun şahidi olduq!
Arxa cəbhədə
isə vəziyyət həm aydındır, həm də
göründüyü qədər sadə deyil!
* Xalq
Orduya inanır!
* Ali
Baş Komandanına etibar edir və arxalanır!
* Vətənini,
müstəqil dövlətini və torpağını
qorumağa, yaşından asılı olmayaraq hər an əlinə silah götürüb
vuruşmağa daim hazırdır!
*
Düşmənə, ondan da çox satqınlara və xəyanətkarlara,
"5-ci kolon” üzvlərinə nifrət edir!
Üstəlik
müasir Azərbaycan vətəndaşlarının
gözü açıqdır: insanlara dilinə görə
yox, əməlinə görə qiymət verməyi
bacarır.
Lakin unutmaq olmaz ki, ölkədə sabitliyi pozmağa
çalışanlar, düşmən dəyirmanına su
tökənlər, müxtəlif radikal ünsürlər də
mövcuddur.
Biz
90-cı illəri unutmalı deyilik!
Biz Azərbaycan
Xalq Cəbhəsinin torpaqlarımızı vəzifə
ehtiraslarına necə qurban verdiklərini yaddan çıxara
bilmərik!
Hələ
də AXC-dən qalma tör-töküntü, xəyanət və
saxtakarlığa adət etmiş Əli Kərimli və anti-Azərbaycan
mövqeli Milli Şura və həmin şuranın dövlətin
hər çətinliyinə sevinən
marginallaşmış üzvləri vardır!
Onlar və
xaricdə oturan həmkarları daim marıqdadırlar, arxadan
xalqımıza bıçaq vurmağa məqam gəzirlər!
Əli Kərimli
və ətrafı üçün qrantdan başqa müqəddəs
heç nə qalmayıb!
Hətta
xalqın ən möhtəşəm mənəvi tədbirlərini
də murdarcasına öz niyyətlərinə asanlıqla
qurban verirlər!
14 iyulda
Bakıda olduğu kimi...
Ordumuz düşməni darmadağın edərək
şəhidlərimizin qisasını almış,
böyük qələbə qazanmışdı. Xalq qələbənin
sevincini yaşamaq, şəhidlərin ruhunu yad etmək
üçün Şəhidlər xiyabanına gəldi.
Böyük əksəriyyət dövlətə,
dövlət başçısına dəstəyini, Orduya məhəbbətini
və hərbi əməliyyatlarda iştirak etmək istədiyini
nümayiş etdirdi.
Sonra...
Sonra bu
böyük insan axınının içərisindən xəyanətkarlar,
öyrədilmiş insanlar, murdar xislətlilər ayrılaraq
polisə tabe olmadılar, zorla Milli Məclisə girərək
müəyyən dağıntılar törətdilər!
Belə möhtəşəm yürüşə ləkə
gətirmək olardımı?!
Doğrudur, polis xəyanətkarların və təxribatçıların
bir qismini saxlayıb, qalanları da istintaq yolu ilə müəyyənləşəcək.
Amma hərbi əməliyyatlar başlanan kimi yenə də
adları azərbaycanlı olanlar sabitliyi pozmağa, dövlət
əleyhinə təxribatlar törətməyə
çalışırlar.
Xüsusən
təcrübəsiz gəncləri yanıltmağa, öz təsirləri
altına salmağa can atırlar.
Prezident
İlham Əliyev belələri haqqında çox dəqiq
deyib: "Onlar ermənilərdən də pisdirlər. Erməni
açıq düşməndir...
Belələri xaricdən pul alır, təlimat alır,
mühiti zəhərləyir, bizim təmiz havamızı
üfunət iyi ilə çirkləndirir və belə məqamlarda
dövlətin yox, düşmənin yanındadırlar”.
Başqa
bir məsələ də var:
Biz vətəndaş olaraq xəyanətkarın, təxribatçının
ifşasını yalnız polis və xüsusi xidmət
orqanlarının üzərinə atmalı deyilik.
Onlar onsuz da daim bu işlə məşğuldurlar.
Bəs bizim vətəndaş mövqeyimiz, bəs bizim vətən
sevgimiz harda qaldı?!
Yanımızda kimsə, yaxud
tanıdıqlarımızdan biri dövləti maraqlara xəyanət
edirsə, "5-ci kolon” funksiyasını yerinə yetirirsə,
susub durmalıyıq?
Ya da
üzümüzü yana çevirib
gediriksə, əslində ona dəstək vermiş olmuruqmu?
Çünki
belədə öz əməlini axıradək yerinə
yetirməsinə şərait yaradırıq!
Həqiqət
belədir ki, hər bir sahədə, hər bir tədbirdə
və toplantıda vətənpərvər, sağlam əqidəli
insanlar təxribatçılardan və
satılmışlardan qat-qat çox olurlar!
Heç çoxluq da azlıqdan qorxarmı?
Çoxluq da azlığın qarşısından
qaçarmı?
Əslində
həmin azlıq çoxluğun təpkisini, hadisələrə
operativ və qətiyyətli, prinsipial müdaxiləsini
görsə, bir qələt edə bilməz!
Qorxar,
çəkinər, belələrinin sayı artmaz ki, əskilər!
Bəs bu laqeydlik, dönüklərə və təxribatçılara,
Vətəni qranta satanlara belə loyallıq haradan, nədən
yaranıb?
Və haçanacan davam edəcəkdir?
Biz Azərbaycan
gəncliyini fəal görmək istəyirik!
Biz Azərbaycan
gənclərini satqınlara qarşı mübariz görmək
istəyirik!
* Nə
üçün Şəhidlər xiyabanı
qarşısındakı çoxluq təxribatçıların
qarşısını almadı?
* Nə
üçün polis maşınına qalxan əlləri mərd
gənclərimiz polisdən qabaq qanıraraq qanuna tabe etmədi?
* Niyə
o gözəllikdə yürüşü korlayanların
qarşısını elə iştirakçıların
özləri almadı?!
* Nə
üçün Milli Məclisin şüşə və
çilçıraqlarını sındıranların
qarşısını vətənpərvər çoxluq
polisdən qabaq özü kəsmədi?
* Milli Məclisin təqsiri nə idi?
*
Sınan çilçıraq, axı, ali
qanunverici orqanın binasını işıqlandırır,
düşmən kazarmasını yox!
Kimin, nəyin
qisasını alırsınız və kimdən, hardan!
Əslində bu mənfur əməl sahibləri Azərbaycan
əsgərinin yox, murdar erməninin yanında durduğunu
göstərdi.
Bu
xuliqanlara, təxribatçılara və
satılmışlara laqeyd yanaşanlar isə ən azı mənəvi
məsuliyyət daşıyırlar!
Əslində
vətəndaş, vətənsevər mövqe nümayiş
etdirmədiklərinə görə!
Belə
mövqe isə hər zaman gərəkdir və Azərbaycan gəncinə
çox yaraşır!
Biz hər
gün, hər dəqiqə ölkəmizin maraqlarını
qorumalıyıq
Bu gün dünyanın hansı nöqtəsində nə
baş verir, dünyada hansı proseslər gedir cavanından
tutmuş qocasınacan hamı dərhal bilir.
Çünki hərənin cibində bir telefon var,
bütün günü başını aşağı
salıb onu qurdalamaqla məşğuldur.
Hadisələri təhlil etmək üçün ilkin
bilgi toplamağa, "politoloq”, "siyasi icmalçı”,
yaxud "hüquq müdafiəçisi” olmağa da ehtiyac
yoxdur!
Əslində bunların hamısı gün ərzində
sosial şəbəkədədir, hər məsələni
pis-yaxşı şərh edir, "bilməyənləri”
maarifləndirməyə çalışırlar.
Son
dövrlərdə sosial şəbəkələr də hərbi
əməliyyatların iştirakçısına
çevrilib!
Həm də
təkcə xəbər çatdırmaq, baş verənlər
barədə insanları məlumatlandırmaq mənasında
yox!
Sosial şəbəkədən çox halda rəqib tərəfdə
çaşqınlıq və vahimə yaratmaq, hərbi sirr
daşıyan informasiyalar toplamaq, dezinformasiya ötürmək
niyyətilə istifadə olunur.
Biz bu
halları 2015-ci ildə Ermənistan vertolyotunu vuranda,
2016-cı ilin aprel müharibəsində daha yaxından duyduq
və yaşadıq!
Lakin yenə
də hamımız lazımi nəticə
çıxarmırıq!
Yaxud da
çıxarmaq istəmirik!
Əgər
hərbçilərimizin başı döyüşlərə
qarışıbsa, arxa cəbhənin sabitliyini və
sakitliyini, mümkün təxribatların
qarşısının alınmasını biz vətəndaşlar
da təmin etməliyik!
Nə vaxtadək saxta profillərə aldanmalı,
satqınların tökdükləri göz yaşlarına
inanaraq ruhdan düşməli, düşmənə gərəkli
informasiya ötürənlərə dözməliyik?!
Təəssüf
ki, bəzən keyliyimizdən düşmənin məkrli
informasiyasının, əslində dezinformasiyanın
yayıcısına çevrilirik!
Ağıllanmaq zamanı çatmayıbmı?
Bizim aramızda "5-ci kolon” üzvləri, Vətənə
xəyanət mövqeyi tutanlar yer almamalıdır və ala
da bilməz!
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu münasibətlə Azərbaycan xalqına müraciətində deyir: "Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə”.
***
Ordumuz 12 iyulda öz vəzifəsini sonadək şərəflə yerinə yetirdi!
Tovuz bölgəsində yaşayanlar top atəşinə və təhlükələrə baxmayaraq, dövlətə və orduya inanaraq təşvişə düşmədilər, yerlərindən tərpənmədilər!
Anti-Azərbaycan şəbəkə paytaxt Bakıda sabitliyi pozmağa, insanları çaşdırmağa nail olmadı!
Sosial şəbəkələrdə məqsədli dezinformasiyalar getsə də, Azərbaycan KİV-i və Müdafiə Nazirliyinin Mətbuat xidməti əsl həqiqətləri zamanında insanlara çatdırdı!
Müharibə
davam edir!
Mübarizə
davam edir!
İlham
Əliyevin rəhbərliyi ilə xalqımızı yaxın
gələcəkdə yeni-yeni uğurlar və qələbələr
gözləyir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 23 iyul.- S.1;3.