Birinci vitse-prezident Mehriban
Əliyeva “Instagram” səhifəsində milli mətbuatımızın 145 illik yubileyi ilə
bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik
yubileyi münasibətilə səmimi-qəlbdən
təbrik edirəm! Hər birinizə möhkəm
cansağlığı, səadət, sevinc,
nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və
yeni-yeni nailiyyətlər arzulayıram!”.
Azərbaycan.-2020.- 23 iyul.- S.1.