“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 890; 2016, ¹ 3, maddə 428, ¹ 11, maddə 1768, ¹ 12, maddə 2016; 2017, ¹ 5, maddə 739; 2018, ¹ 11, maddələr 2187, 2200; 2019, ¹ 1, maddə 29, ¹ 2, maddə 201, ¹ 6, maddə 1005) 2.2-ci maddəsinə "maddələrisözündən sonra ", tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsisözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il

Azərbaycan.-2020.- 23 iyul.- S.4.