Kütləvi informasiya
vasitələrinin nümayəndələrinə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda
kütləvi informasiya vasitələrinin inkişafında
xidmətlərinə görə aşağıdakı şəxslərə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
verilsin:
Xəlilova Flora Fətula qızı
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Qasımova Tünzalə Yusif qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2020-ci il.
Azərbaycan.-2020.- 23 iyul.- S.4.