Rusiya XİN:
Dağlıq Qarabağ münaqişəsinin
həlli regionda vəziyyəti əhəmiyyətli
dərəcədə sağlamlaşdırmağa imkan verəcək
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı bütün dövlətlərin və danışıqlar prosesində iştirak edən ölkələrin mənafelərinə uyğundur.
AZƏRTAC
xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin
müavini Aleksandr Qruşko bu fikri TASS agentliyinin baş direktorunun
birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.
A.Qruşko deyib: "Dağlıq Qarabağda vəziyyətlə əlaqədar hesab edirik ki, təkcə Rusiya deyil, bu regionda sabitliyin bərqərar olmasının və möhkəmlənməsinin qeydinə qalan digər dövlətlər də tərəfləri sülhün bərqərar olmasına, atəşkəsə, tərəflərin heç cür razılığa gələ bilmədiyi barışıq məsələsinə təşviq edən bəyanatlar verməlidirlər. İndiki vaxtda vəziyyətin sabitləşməsi prosesin bütün iştirakçılarının mənafelərinə uyğundur”.
Nazir müavininin fikrincə, Rusiya bunu əsas götürür ki, indiyə qədər beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsinə tətbiqən ATƏT və Minsk qrupu çərçivəsində qazandığı bütün nailiyyətlər danışıqlar masası üstündə qalmalıdır. A.Qruşko deyib: "Budəfəki böhran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin yaxınlaşması üçün ilk növbədə Rusiyanın sərf etdiyi titanik səylər nəticəsində əldə edilmiş tərəqqidən geri çəkilməyə səbəb olmamalıdır”.
Rusiyalı diplomat
qeyd edib ki, bu münaqişənin
həlli bütövlükdə regionda vəziyyəti
əhəmiyyətli dərəcədə
sağlamlaşdırmağa imkan verəcək,
o cümlədən bütün
tərəfdaşlar arasında qarşılıqlı
münasibətləri yaxşılaşdıracaq.
XİN rəhbərinin müavini daha sonra deyib:
"Biz hamını, xüsusən Minsk qrupunun üzvü olan ölkələri
bu cür mövqe tutmağa
çağırırıq”.
Azərbaycan.-2020.- 23 iyul.- S.7.