İqlim dəyişmələri
üzrə Dövlət Komissiyasının yeni
tərkibdə ilk iclası keçirilib
İyulun 23-də Baş nazirin müavini, İqlim dəyişmələri üzrə
Dövlət Komissiyasının
sədri Əli Əhmədovun sədrliyi
ilə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC-n
məlumatına görə,
iclasda Azərbaycan Respublikası tərəfindən
təsdiq edilmiş Birləşmiş Millətlər
Təşkilatının iqlim
dəyişmələri üzrə
çərçivə konvensiyasına
uyğun olaraq Azərbaycan Respublikasının
qəbul etdiyi öhdəliklərin yerinə
yetirilməsi istiqamətində
görülmüş işlər,
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 11
mart tarixli 1920 nömrəli
Sərəncanı ilə
yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri
üzrə Dövlət
Komissiyasının fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi
və Dövlət Komissiyasının fəaliyyətinin
təmin edilməsi məqsədilə yaradılmış
İşçi Qrupun
fəaliyyət planı
müzakirə edilib.
Dövlət Komissiyasını sədri
Əli Əhmədov zəruri fəaliyyətlərlə
bağlı prioritet istiqamətlər üzrə
müvafiq hesabatların,
fəaliyyət planlarının
hazırlanması, monitorinq,
hesabatvermə və yoxlama sisteminin yaradılması üzrə
təkliflərin hazırlanması
ilə əlaqədar
tarşırıqlar verib,
həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə
təbliğatın, məlumatlandırmanın
artırılmasının zəruriliyini Komissiya üzvlərinin diqqətinə
çatdırıb.
Azərbaycan.-2020.-
24 iyul.- S.6.