Ermənistan dövlətinin işğalçılıq siyasəti bu rejimin süqutunu tezləşdirir

 

 

Yalan aramsız təkrar ediləndə nədənsə onu uyduranlar üçün "həqiqət”ə çevrilir. Bu baxımdan həm işğalçı Ermənistanın, həm də onun bütün dünyadakı nasist tör-töküntülərinin və havadarlarının dəstək verib körüklədiyi və züy tutduqları "böyük Ermənistan” adlı yalan var.

Bu yalanı bir nümunə üstündə izah edək. Tutaq ki, illərdir sizə məxsus olan eviniz var, əlinizdə sənədiniz də var ki, bu, şəxsi əmlakınızdır. Amma qəfildən kimsə qapınızı döyür və arvad-uşağı, çarpayıları ilə evinizə dürtülür, haray salır ki, bu ev onundur, çünkivaxtsa babası buralarda veyillənirmiş. "Böyük Ermənistan” uydurması da buna oxşayır. Erməni millətçiləri bu tipli əcaib yalanlara tarixi sənəd kimi əsaslanır, bir tərəfdən özgə torpaqlarını işğal edir, yeni iddialar qaldırır, digər tərəfdən isə "dəvəsi ölən ərəb kimi” sızlamaqda davam edirlər.

"Yalan ayaq tutar, yeriməz” - deyirlərsə, bəs, erməni nasistlərinin uydurmaları niyə yeriyir, yüz ildən artıq bütün dünyanı "valeh” edə bilir? Niyə ermənilər böyük güclərin qucağına ərköyün uşaq kimi qısılmağı və eyni zamanda qatı faşist kimi hamının üstünə diş qıcamağı bacarırlar?

Dünya koronavirus pandamiyasından əziyyət çəkir. Günümüzün ən vacib, bütün məlumat məkanlarını zəbt edən bu xəbərdir. Erməni millətçiləri bilirlər ki, dünyanın başı qarışanda "zavallı xalqbir qədər torpaq ələ keçirsə, bunu dilə-dişə salan olmayacaq, göz yumacaqlar. İstənilən tarixi hadisələrdən faydalanaraq ərazilərini genişləndirmək erməni millətçilərinin hobbisidir, siyasətlərinin ana sütunudur. İnanmırsınızsa, geriyə qayıdın, tarixə nəzər salın.

Böyük güclər Sovet İttifaqını çökdürəndə Qarboçovu üzük qaşı kimi əhatə edən erməni məsləhətçiləri göz qırpımında Qarabağı körüklədilər. Böyük bir imperiya dağıldı, sovet sistemi çökdü, amma qazanan kim oldu? Erməni millətçiləri yeni ərazilər işğal etdilər. Tarixi bir qədər arxaya vərəqləyək. İkinci Dünya müharibəsində hamı faşizmə qarşı döyüşürdü, amma ermənilər hər iki tərəfdə vuruşur, eyni zamanda azərbaycanlıları Orta Asiyaya köçürmək üçün Stalinin qılığına girirdilər. Bu alınmayanda Böyük Vətən müharibəsindən sonra Ermənistandan azərbaycanlıları deportasiya edə bildilər. Ondan əvvəlki illərdə məharətlə parça-parça torpaqlarımızı ələ keçirmişdilər. Eyni zamanda bir çox xalqların ziyalılarının qətlə yetirilməsində, məhvində xüsusi fəallıqla iştirak etdilər. Onlar istənilən rejimə, istənilən quruluşa ustalıqla yamaq ola bilirlər. Məsələn, fikir verin, Oktyabr inqilabında Qafqazda Leninin səlahiyyətli nümayəndəsi kimi Şaumyan peyda olur, amma bolşevik yox, erməni faşist ideologiyasına xidmət edir. Birinci Dünya müharibəsində siyasi qüvvələrin dəyişməsindən istifadə edərək Azərbaycan torpaqlarında dövlətlərini qururlar. Beləliklə, biz erməni millətçi siyasətinin dərəcədə məkrli olduğunu görürük.

Məhz buna görə erməni işğalçı qüvvələrinin Tovuzun sərhədində törətdiyi provokasiya bütün Azərbaycan xalqının hiddətinə səbəb oldu, yüz minlərlə insan küçələrə axışdı, etirazlarını bildirdi.

Hadisə baş verən günün səhəri Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirdi. Dövlət başçısı çıxışında son bir neçə ay ərzində hərbi təxribatlar nəticəsində hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduqlarını diqqətə çatdırdı: "Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Azərbaycan Prezidenti baş verənlərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını bəyan etdi: "Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur”.

İlham Əliyev qətiyyətlə mövqeyini bildirdi ki, erməni millətçilərinin çirkin məkrli siyasəti Ermənistanı uçuruma aparacaq çökdürəcək. Ermənistan dövlətinin belə çirkin hərbi oyunları oynamağa cəhd etməsi onların təcavüzkar siyasətinin təzahürüdür: "Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Dövlətimizin başçısı onu da vurğuladı ki, hazırda Ermənistanda hökm sürən hərc-mərclik vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərdən xilas yolu kimi faydalanmağa sövq edir. Ermənistan belə bir rəy formalaşdırmağa can atır ki, guya Azərbaycan onun ərazisinə hücum edir: "Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.

Bu gün Azərbaycan üçün erməni işğalçı siyasətini ifşa etmək, bütün dünyada onun dayaqlarını çökdürmək ən vacib məsələlərdəndir. Məhz buna görə iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ bir daha ətraflı araşdırıldı və dövlət başçısı daha barışmaz mövqe nümayiş etdirdi, təkrar olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələrə qayıtdı.

Dövlət başçısı məxsusi olaraq qeyd etdi ki, erməni işğalçılarının bu çirkin əməlindən sonra qisas əməliyyatının ikinci fazası başlamış, qarşı tərəfə sarsıdıcı zərbələr endirilmiş, onlarla erməni əsgəri və zabiti məhv edilmiş, düşmənin sərhədboyu dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunmuşdur: "O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.

Ermənistan hazırda siyasiiqtisadi böhran içində yaşasa da, siyasi rəhbərlik özünü xalqına "qalib” və demokrat kimi təqdim edir. Baxmayaraq ki, mahiyyət etibarı ilə bu dövlət erməni diasporununböyük güclərin əlində oyuncaqdır. Yüz il bu minvalla onlar nələrəsə nail olsalar da, bu günün tələbləri fərqlidir. Faşist ideologiyası ilə zəhərlənən, Njdeni bütə çevirən indiki Ermənistan rəhbərliyi bu yeni tələblərə uyğunlaşa bilmir.

Azərbaycanda isə xalq-iqtidar birliyi yeni mərhələyə yüksəlir. Minlərlə insanın gecə yarısı bütün ölkədə döyüşə getmək əzmi ilə küçələrə çıxması bu birliyin bariz nümunəsidir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 24 iyul.- S.6.