Dünya Azərbaycanlıları
Konqresi ermənilərin ABŞ-ın Los-Anceles şəhərində törətdiyi
təxribatla bağlı bəyanat yayıb
Dünya Azərbaycanlıları Konqresi (DAK) ermənilərin ABŞ-ın Los-Anceles şəhərində törətdiyi təxribatla bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC DAK-dan məlumat verilib.
Bəyanatda deyilir: “İyulun
21-də Los-Ancelesdə yaşayan
ermənilər Azərbaycan
Respublikasının Baş
Konsulluğunun binası
qarşısında təxribatçı
şüarlarla etiraz aksiyası keçiriblər.
Erməni radikal qüvvələrinin
aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri
sayca onlardan dəfələrlə çox
olan erməni təxribatçılarının qarşısına çıxıb
və Ermənistanın
Azərbaycana qarşı
işğalçı siyasətini
ifşa edən şüarlar səsləndiriblər.
Həqiqəti görmək və
dinləmək gücündə
olmayan erməni radikalları dinc azərbaycanlı nümayişçilərə
qarşı zorakılıq
və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi
təmin etməyə
cavabdeh olan Los-Anceles polisi belə onların bu vandalizminin qarşısını ala bilməyib.
Azərbaycanlı nümayişçilərə
hücum edən ermənilər biri qadın olmaqla 7 nəfərə müxtəlif
dərəcəli xəsarətlər
yetiriblər. Bu kimi hadisələr dünyanın bir çox şəhərlərində
baş verib və baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm də xaricdəki erməni diasporu təcavüzkar siyasətin
birbaşa ideoloqu və icraçısıdır.
Dünya
Azərbaycanlıları Konqresi harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpası
uğrunda mübarizədən geri çəkilməyəcəyini
bəyan edərək, ABŞ-ın Los-Anceles şəhərində,
eləcə də digər Avropa ölkələrində erməni
diasporunun zorakılıq və vəhşiliyinə görə
hüququn tələb etdiyi qəti tədbirlərin
görülməsini tələb edir”.
Azərbaycan.-2020.- 24 iyul.- S.6.