Azərbaycan nümunə
göstərməkdə davam edir
Bunu BMT-nin son hesabatı da təsdiqləyir
Koronavirus pandemiyası təkcə insanların sağlamlığına
deyil, həm də dünya iqtisadiyyatına mənfi təsir göstərir. Bu üzdən
dünyada iş yerlərinin kütləvi
şəkildə bağlanması
səbəbindən milyonlarla
insan işsiz qalıb.
Sözsüz ki, pandemiya Azərbaycan
iqtisadiyyatına da öz mənfi təsirini müəyyən
qədər göstərir. Lakin dövlət
iqtisadiyyatın və
insanların qorunması
üçün operativ
şəkildə lazım
olan bütün tədbirləri görür.
Təsadüfi deyil ki, dünyanın
ən nüfuzlu beynəlxalq təşkilatı
olan Birləşmiş
Millətlər Təşkilatı
ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi
islahatları yüksək
qiymətləndirir. Belə qiymətləndirmədən
sonuncusu "Davamlı
inkişaf hesabatı
- 2020” sənədində 166 ölkə arasında
"Davamlı inkişaf
məqsədləri indeksi”
üzrə Azərbaycanın
54-cü pilləyə layiq
görülməsidir. Qeyd edək ki, BMT bu indeksi müəyyənləşdirərkən
hər bir ölkə üzrə dərin elmi araşdırmalar aparır.
Ölkəmiz həyata keçirilən
dərin islahatlar sayəsində iqtisadi və sosial sahələrdə bir sıra uğurlara imza atıb. BMT-nin sənədində qeyd edilir ki,
Azərbaycan səhiyyə,
rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və
icmalar, sülh, ədalət və güclü institutlar kimi sahələrdə yüksək irəliləyişə
nail olub. Onu da bildirək ki, ölkəmiz "Davamlı inkişaf məqsədləri indeksi”nin
mümkün 100 balından
72,6 bal toplayaraq Şərqi Avropa və Mərkəzi Asiya regionunda orta göstəriciləri
70,9 bala çatdırıb.
Həqiqətən, Azərbaycanda son iki-üç
ildə pensiyaların,
təqaüdlərin, sosial
müavinətlərin, dövlət
və özəl strukturlarında çalışanların
əməkhaqlarının artırılması əhalinin
sosial müdafəsinin
güclənməsini təmin
edib. Elə buna görədir ki, hesabatda sosial rifahın yüksəldilməsini
təsdiq edən fakt kimi Azərbaycan
gündəlik gəliri
3,2 dollardan az olan yoxsulun
qeydə alınmadığı
ölkələr sırasına
daxil olunub.
BMT-nin bu sənədinin bir maraqlı tərəfi də ondan ibarətdir
ki, ölkəmiz sözügedən indeks üzrə keçmiş
SSRİ məkanında olan
ölkələrlə müqayisədə
ən üstün mövqedədir. Belə ki, bu indeks üzrə Rusiya 57-ci, Gürcüstan
58-ci, Qazaxıstan 65-ci, Ermənistan
75-ci pillədə qərarlaşıb.
Qonşulara gəldikdə, İran
59-cu, Türkiyə 70-ci yerdədir.
Belə yüksək uğurun əldə edilməsi Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
məqsədyönlü sosial-iqtisadi
siyasət sayəsində
mümkün olub.
İslahatların nəticəsində ölkədə qeyri-neft sektoru inkişaf edib ki, bu da iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayıb. Qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində istehsalın artması idxalın azalmasına da səbəb olub. Digər tərəfdən, bu sektorda istehsal olunan məhsulların xarici bazara ixracı ölkəyə əlavə valyuta gətirib.
Prezident İlham Əliyev indiki çətin şəraitdə ölkə iqtisadiyyatının problemlərə sinə gərdiyini bildirərək demişdir: "Mən bildirmişəm ki, keçən ay əldə edilmiş nəticələrdə kiçicik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirəm ki, 5 ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçik həcmlidir. Bununla parallel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatında 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnfilyasiya 3 faizdən aşağıdır, proqnozlaşdırılmış səviyyədədir”.
Bütün bunlar onu göstərir ki, Prezidentin apardığı sosial-iqtisadi siyasət nəticəsiz qalmamışdır. Məlum olduğu kimi, dünyanın 150-dən çox ölkəsi böhrandan çıxmaq, əhalinin sosial müdafiəsini təmin etmək üçün borc almaqdan ötrü Dünya Bankına müraciət etmişdir. Amma belə bir şəraitdə dünyanın nəhəng maliyyə qurumları Azərbaycana sərmayə qoymaq üçün Prezident İlham Əliyevə müraciət edirlər. Bu isə o deməkdir ki, Azərbaycan etibarlı tərəfdaş olmaqla bərabər, həm də sərmayə üçün münbit şəraiti olan ölkədir.
Rüstəm KAMAL
Azərbaycan.-2020.- 25 iyul.- S.1-4.