“Peşə təhsili
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli
1071-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Peşə təhsili
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il
24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyun tarixli 140 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1230; 2019, ¹ 5, maddə 841) 1.3-cü bəndində
"və fəaliyyətinə”
sözləri ", fəaliyyətinə
və peşə təhsili müəssisələrinin
əldə etdiyi büdcədənkənar vəsaitdən
ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul
2020-ci il
Azərbaycan.-2020.- 25 iyul.- S.2.