Ermənilərin yeni terror dalğası
Siyasi arenalarda, savaş
meydanlarında məğlub olan Ermənistan
azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib
Yenə erməni vəhşiliyi, erməni vandalizmi...
Tarix boyu məkrli, hiyləgər
siyasətindən əl çəkməyən təcavüzkar
Ermənistan həm siyasi arenalarda,
həm də savaş meydanlarında Azərbaycana
açıq-aşkar məğlub olduğu
üçün çirkin
niyyətli siyasətini indi başqa müstəviyə yönəldib. İndi təkcə azərbaycanlılar deyil, dünya
ictimaiyyəti əsl erməni vandalizminə şahidlik
edir.
Son
bir həftə ərzində ermənilərin Azərbaycanın
xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə
və müxtəlif şəhərlərdə dinc aksiya
keçirən soydaşlarımıza qarşı həyata
keçirdikləri çirkin təxribatlar, həqiqətən
də, əsl erməni xislətinin bariz təcəssümüdür.
26 ölkədə 58 aksiya, 84 bəyanat, 17 dildə 100-ə yaxın məqalə
İşğalçı Ermənistanın sonuncu hərbi təxribatı zamanı Azərbaycan Ordusunun bir neçə hərbçisi qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldilər. Həmçinin Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı dinc sakini erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində həlak oldu. Azərbaycan Ordusunun bu təxribata layiqli cavabı ilə düşmən on qat artlq itki verdi.
Bu təxribatdan sonra xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq səviyyədə dinc aksiyalar keçirməklə dünya xalqlarına bir daha Ermənistanın terrorçu, cinayətkar, işğalçı siyasətini çatdırmağa başladılar.
İlk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları indiyədək 25 ölkədə 84 bəyanatla çıxış ediblər. BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Məhz
soydaşlarımızın fəallığı ilə 23
ölkədə 17 dildə 100-ə yaxın məqalə və
xəbər çap edilib, sosial şəbəkələrdə
həqiqətləri özündə əks etdirən on minlərlə
informasiya paylaşılıb. Ümumilikdə,
26 ölkədə, 58 aksiya keçirilib. Bu aksiyalarda 20 000-dən çox
soydaşımız iştirak edib.
Onu da xüsusi vurğulamalıyıq ki, bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, on minlərlə soydaşımız müxtəlif aksiyalara qatılıblar. Aksiyalarda iştirak edə bilməyən soydaşlarımız isə davamlı olaraq müxtəlif qurumlara və rəsmilərə məktublar, bəyanatlar, məlumatlar göndərir, sosial mediyada dəstək verir, təbliğat və maarifləndirici işlər aparırlar.
Soydaşlarımızın müxtəlif ölkələr və şəhərlərdə keçirdikləri dəstək aksiyaları gekdikcə geniş vüsət alır. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, soydaşlarımız Avropada 31 (Almaniyanın 7 şəhərində 9 aksiya, İsveçdə 4 aksiya, Niderlandda 2 aksiya, Fransada 2 aksiya, Belçika, İngiltərə, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Finlandiya, Polşa, Macarıstan, Latviya, Litva), ABŞ-da 11 (8 ştatında- İllinoys, Kaliforniya, Texas, Nyu York, Massaçusets, Corcia, Vaşinqton ştatları və Vaşinqton Kolumbiya Dairəsi ), Kanadada 1 (Toronto), İsraildə 1 (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiyada 2 (Moskva, Şimali Asetiyada), Moldovada 1 (Kişinyov), Ukraynada 2 (Kiyev), Qazaxıstanda 1 (Aktau), Türkiyədə 7 (4 şəhərdə - Ankara, İstanbul, İzmir, Antalya ) dəstək aksiyaları təşkil ediblər.
Bundan başqa, bir neçə ölkədə - İsveç, İspaniya, Litva, Türkiyə və Gürcüstanda mətbuat konfransları və maarifləndirmə tədbirləri, Latviya, İsveç və ABŞ-da maşın yürüşləri həyata keçirilib və ABŞ-ın Kaliforniya, Atlanta ştatlarında bayrağımızın havada qaldırılması mərasimləri təşkil edilib. Bütün aksiyalar icazəli olub və müdafiə aksiyaları haqqında polis əvvəlcədən məlumatlandırılıb.
Erməni vəhşiliyi, insanlıqdankənar hərəkətlər
Lakin təəssüflə qeyd etməliyik ki, soydaşlarımızın dinc aksiyaları zamanı bu ölkələrdə yaşayan ermənilər bir daha öz vəhşiliklərini nümayiş etdiriblər. Azərbaycanlıların ABŞ-da, Avropanın müxtəlif ölkələrində "Qarabağ Azərbaycandır!”, "Ermənistan terroristdir” və s. şüarları qarşısında hiddətlənən ermənilərin soydaşlarımıza qarşı insanlıqdan -kənar hərəkətləri onların iç üzünü bir daha göstərdi.
Azərbaycanlılar dinc aksiyalar keçirdikləri halda, ermənilər məkrlərini gizlədə bilmədilər. Belə ki, ABŞ-da, Belçikada, Almaniyada, Polşada diplomatik korpuslarımızın binaları önündə icazəsiz aksiya keçirən erməni xuliqan dəstələri öz mahiyyətlərini bir daha çılpaqlığı ilə ortaya qoydular.
Ermənilərin bu təxribatları, çirkin əməlləri nəticəsində soydaşlarımızın 50 nəfərə yaxını xəsarət alıb və şəxsi əmlaklarına ciddi maddi zərər dəyib. Belə ki, Belçikadakı erməni vəhşiliyi zamanı 10-dan artıq (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın jurnalist), Los- Ancelesdə (ABŞ) - 30 nəfərdən çox (5 nəfər xəstəxanaya müraciət edib) soydaşımız ciddi xəsarət alıb.
Erməni vandalları tərəfindən dinc aksiya iştirakçılarının üzərinə butulka, daş, şüşə parçaları, partlayıçı vasitələr atılıb, maşınlar əzilərək aşırılıb və müxtəlif ölkələrdəki səfirliklərimizin binalarına ziyan vurulub.
Bir sözlə, həm Ermənistan, həm də beynəlxalq erməni terror təşkilatları tərəfindən idarə olunan, xaricdə yaşayan ermənilərin təşkil etdikləri aksiyalarda idarəolunmaz, qanuna zidd davranışlar nəticəsində müxtəlif zorakılıq və vandalizm aktları qeydə alınıb.
Digər təəssüfedici məqam odur ki, bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq, polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los-Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Lakin Azərbaycanın Baş Konsulluğunun səyləri nəticəsində Los-Anceles polisi bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
Bostonda ABŞ senatorunun ermənipərəst mövqeyinə etiraz aksiyası
Erməni təxribatına, erməni vəhşiliyinə baxmayaraq, soydaşlarımızın Avropanın müxtəlif ölkələrində icazəli aksiyaları davam edir. Dünən növbəti aksiyalar ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində keçirilib. Bostonda yaşayan azərbaycanlı gənclər Ermənistanın son hərbi təxribatları ilə bağlı ədalətsiz və ermənipərəst mövqe sərgiləyən ABŞ senatoru Edvard Con Markiyə (Edvard John Markey) öz etirazlarını bildiriblər. Konqresin binası qarşısında gerçəkləşdirilən aksiyada gənclərimiz amerikalı senatora Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətdiyini, artilleriya zərbələri nəticəsində sərhədyanı hərbi obyektlərin və yaşayış məntəqələrinin dağıdıldığını, hərbçilərimizin və dinc sakinlərin həlak olduğunu xatırladıblar. Onlar müstəqil Azərbaycanın işğalçı Ermənistanın hücumuna məruz qaldığını nəzərə çatdıraraq, 2013-cü ildən Massaçusets ştatından ABŞ senatoru olan Edvard Con Markinin mövqeyini ədalətsiz və haqsız adlandırıblar.
Aksiyaçılar senatoru Bostonda yaşayan 30 min erməninin haqq və ədalətə söykənməyən, beynəlxalq hüquq və normalara zidd olan istəyinə görə deyil, tarixi faktları araşdırıb ədalətli mövqe nümayiş etdirməyə dəvət ediblər: "Biz Amerika demokratiyasına inanırıq və Sizdən ədalətli mövqe gözləyirik”.
Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində "Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə reallaşdırılıb. Çex dilində yazılmış poster Çexiyanın Prezident Sarayına, ölkənin Baş Nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət rəsmilərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalı altında qalmasına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasına cəlb etməkdir.
Bu gün Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcəklər. Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.
Qeyd edək
ki, aksiyalar davam edir. Bu gün soydaşlarımızın
ABŞ-ın Florida ştatında,
Praqada, iyulun 27-də Minnisotada, iyulun 28-də isə İngiltərədə
icazəli aksiyalar keçirilməsi nəzərdə
tutulub. Yəni bu aksiyalarla
bağlı artıq müvafiq icazə alınıb. Bu aksiyalarda da soydaşlarımız "Ermənistanın
işğalçı siyasəti
dayandırılsın!”, "Azərbaycan torpaqları azad edilsin!”, "Beynəlxalq təşkilatların
qətnamələri yerinə
yetirilsin!”, "Xocalı
soyqırımına ədalət!”,
"Erməni vandalizmini
dayandır!” şüarları
səsləndiriləcək.
Belçikada və Avstraliyada
erməni təxribatının
qarşısı alındı
Azərbaycanın Belçikadakı və Avstraliyadakı səfirlikləri
önündə təxribatçı
və vandal hərəkətlərini
reallaşdırmaq məqsədilə
piket keçirmək istəyən ermənilər
soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar. Ermənilərin səfirliyimizin qarşısında
icazəsiz aksiya təşkil edəcəyindən
xəbər tutan soydaşlarımız qısa
zamanda Azərbaycan səfirliyinə yığışıblar.
Soydaşlarımız səfirliyin qarşısında
ingilis dilində yazılmış "Ermənistanın
təcavüzkar siyasətinə
son!”, "Xocalıya ədalət!”
şüarlarını, Ermənistanın
son təxribatları zamanı
qəhrəmancasına həlak
olmuş şəhidlərimizin
şəkillərini düzməklə
ermənilərə təcavüzkar
mahiyyətə malik ölkənin vətəndaşları
olduqlarını bir daha xatırladıblar.
Soydaşlarımızın birliyi qarşısında
ermənilərin aksiyası
baş tutmayıb.
Avstraliyadakı səfirliyimizə qarşı
ermənilərin növbəti
təxribatının qarşısı
Avstraliya Federal Polisi tərəfindən alınıb. Belə ki,
erməni icmasının
nümayəndələri radikal
ənənələrini davam
etdirərək Azərbaycanın
Avstraliya İttifaqındakı
səfirliyi önündə
aksiya keçiriblər.
"Erməni Gənclər Federasiyası”
hər zaman olduğu kimi, qeyri-konstruktiv çağırışları
və plakatları ilə yalan məlumatlar yaymağa çalışıblar.
Radikal ermənilərin
son günlər xaricdəki
Azərbaycan diplomatik missiyalarına və icmasına qarşı vəhşiliklərindən və
vandal hərəkətlərindən məlumatlı olan Avstraliyanın hüquq-mühafizə
orqanları mümkün
təxribatların qarşısını
almaq üçün
müvafiq tədbirlər
görüb, səfirliyin
inzibati binasının
önündə canlı
kardon təşkil ediblər. Beləliklə, ermənilərin növbəti təxribatı
da baş tutmayıb.
Dünya erməni vəhşiliyinə şahidlik edir
Bir sözlə, işğalçı Ermənistan son silahını işə salıb. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları öz həqiqətlərini dünyaya çatdırmaq üçün istifadə etdikləri sivil yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını münaqişəyə cəlb edərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəfdən yayındırmaq kimi məqsədlər güdürlər. Bu zaman isə əl atdıqları vasitə vandalizm, insanlığa sığmayan hərəkətlər və hiyləgərlikdir.
Ancaq xaricdə yaşayan soydaşlarımız erməni millətçiləri, təxribatçıları ilə durmadan mübarizə aparırlar. Radikal erməni fəalları soydaşlarımızı təxribata cəlb etmək üçün Azərbaycan bayrağına, şəhidlərimizin fotolarına qarşı hörmətsiz davranış nümayiş etdirir, dövlət hakimiyyəti orqanları və rəsmilər haqqında yanlış məlumatlar yayır, təhqiramiz ifadələr işlədirlər.
Bütün bunlar, əlbəttə ki, ermənilərin beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdıqları növbəti təxribatlardır. Lakin müxtəlif ssenarilər qurmaqla öz çirkin əməllərini ört-basdır etməyə çalışan vandalların məkrli niyyətləri hər zamankı kimi ifşa edilməkdədir. Dünya artıq əsl erməni vəhşiliyinə şahidlik edir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 25 iyul.- S.7.