Karlos
URİARTE: “Ermənistanın təcavüzkar siyasəti regionda sülhə və təhlükəsizliyə
əsas təhdiddir”
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, təcavüzkar siyasətini pisləyirəm. Bu cür siyasət regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Əlbəttə ki, bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İspaniyanın Xuan Karlos Universitetinin Hüquq və beynəlxalq münasibətlər üzrə professoru Karlos Uriarte bildirib.
O deyib: "BMT-nin Baş katibi Antonio Quterreşin də bəyan etdiyi kimi, bütün dünya öz səylərini COVID-19 pandemiyası ilə mübarizəyə yönəltməlidir. Belə bir həssas dövrdə yaranmış vəziyyətdən sui-istifadə edərək digər dövlətə qarşı hərbi təcavüz aktının törədilməsi qəbuledilməzdir. Ermənistan təxribatçı əməllərindən əl çəkərək özünün beynəlxalq öhdəliklərinə əməl etməlidir”.
Professor dünyanın istənilən bölgəsində münaqişələrin həlli üçün əsas kimi beynəlxalq hüquqa, müvafiq beynəlxalq təşkilatların sənədlərinə istinad edildiyini vurğulayaraq söyləyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri rəhbər tutulmalı, yenilənmiş Madrid prinsipləri nəzərə alınmalıdır”.
Ermənistanın təxribatları zamanı mülki şəxslərə, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açması ilə bağlı sualı cavablandıran Karlos Uriarte bildirib: "Münaqişələr zamanı mülki əhalinin, xüsusilə də əhalinin həssas təbəqələrinin - yaşlı insanların, qadınların və uşaqların zərər görməsi böyük təəssüf hissi doğurur. Mülki əhaliyə zərər vermiş tərəf olan Ermənistan Azərbaycan xalqından və dövlətindən üzr istəməli, öz təqsirini etiraf etməli və dəymiş ziyanın əvəzini ödəməlidir”.
Karlos
Uriarte diqqətə çatdırıb ki, Ermənistan
artıq 30 ilə yaxındır Azərbaycanın
Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal
altında saxlayır. BMT Təhlükəsizlik
Şurası Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan
ərazilərini dərhal, tam və
qeyd-şərtsiz tərk etməsinə dair
4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib, lakin həmin qətnamələr
hələ də Ermənistan tərəfindən icra edilməyib. Mən bundan
dərin təəssüf hissi
keçirirəm. Ermənistan Azərbaycana qarşı təcavüz
aktı həyata keçirməklə BMT Nizamnaməsinin digər
müddəaları ilə yanaşı, 2.4-cü maddəsini
(BMT-nin prinsipləri) kobud
şəkildə pozub. Azərbaycan ərazilərinin
işğalı, işğal olunmuş ərazilərdə etnik
təmizləmənin həyata keçirilməsi BMT Nizamnaməsinə
tam şəkildə ziddir.
Ermənistan BMT-nin, habelə Avropa Şurasının üzv
dövləti kimi adıçəkilən
təşkilatların təsis aktlarına, əsas hüquqi sənədlərinə hörmətlə
yanaşmalıdır. Lakin biz görürük
ki, Ermənistan beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, Əsas İnsan Hüquqları və
Azadlıqları haqqında Avropa
Konvensiyasına zidd siyasət həyata
keçirərək, qonşu Azərbaycanın
ərazilərini işğal altında
saxlayır, 1 milyondan çox
azərbaycanlının əsas insan
hüquqlarını pozmaqda davam edir.
Azərbaycan $g 2020.- 25 iyul.- S.7.