Diaspor Ana Vətənlə həmrəydir!

 

Xaricdə yaşayan soydaşlarımız dövlətimizin və Ordumuzun yanındadırlar

 

 

Cari ayın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat ölkəmizdə olduğu kimi, xaricdə də geniş əks-səda doğurmuşdur. Ordumuz təxribata sərt reaksiya verərək erməni işğalçılarını yerində oturtmuş, onların qara niyyətini puça çıxarmışdır.

Döyüşlərin gedişində 12 qəhrəman oğlumuz və bir dinc vətəndaşımız şəhid olmuş, ayrı-ayrı kəndlərdə mülki obyektlərə xeyli ziyan dəymişdir. Düşmən isə çoxsaylı tələfatını ictimaiyyətdən gizlətmək üçün cürbəcür yollar axtarmaq məcburiyyətində qalmışdı. İndisə təcavüzkar itkilərini yavaş-yavaş etiraf etməli olur. Əldə olan məlumata görə, düşmən özünün törətdiyi təxribat nəticəsində təxminən 100 hərbçisini itirmişdir.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlərin getdiyi günlərdə xalqımız misli görünməmiş həmrəylik nümayiş etdirdi. Koronavirus bəlasının tüğyan etməsinə baxmayaraq, minlərlə vətəndaş küçə və meydanlara çıxaraq Silahlı Qüvvələrimizlə və onun Ali Baş Komandanı ilə eyni səngərdə olduğunu bəyan etdi. Prezident İlham Əliyevin çağırışı ilə on minlərlə vətəndaş könüllü olaraq ordu sıralarına qoşulmaq üçün müvafiq dövlət qurumlarına ərizə ilə müraciət etdi.

 

 

 

 

Diaspor ayağa qalxdı

 

 

Vətən torpaqlarına növbəti dəfə qəsd etmək niyyətinə düşmüş Ermənistanın bu planına xarici ölkələrdə yaşayan soydaşlarımız da biganə qalmayıb dərhal ayağa qalxmışlar. Amerika, AvropaAsiya ölkələrində Azərbaycan bayrağı altında birləşmiş soydaşlarımız Vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərin ruhuna hörmət ifadə etmiş, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi tələbi ilə çoxsaylı aksiyalar keçirmişlər. Onlar "Yaşasın Azərbaycan!”, "Şəhidlər ölməz, vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!”, "Xocalıya ədalət!”, "Erməni işğalına son qoyun!” kimi şüarlar səsləndirərək dövlətimizə, xalqımıza və Ordumuza dəstək verdiklərini bir daha bəyan etmiş, düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildirmişlər. Məlumata görə, indiyədək dünyanın 25 ölkəsində 60-a yaxın nümayiş təşkil olunmuşdur. Diqqətəlayiq haldır ki, diasporumuzun keçirdiyi bir sıra aksiyalara türkgürcü icmalarının fəalları, hətta yerli sakinlər də dəstək vermişlər. Xaricdə yaşayan soydaşlarımız kütləvi aksiyalar keçirməklə yanaşı, Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun doğurduğu fəlakətli fəsadlar barədə mətbuat konfransları təşkil etmiş, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün maarifləndirmə işləri aparmışlar.

 

Onu da qeyd etmək lazımdır ki, soydaşlarımız müxtəlif ölkələrdə keçirdikləri aksiyalar zamanı yerli qanunlara riayət etmiş, ictimai asayişin pozulmasına şərait yaratmamışlar. Nümayişlərin təşkil edildiyi məkanlarda qanunvericiliyə zidd olan hər hansı hərəkət qeydə alınmamışdır.

 

 

Erməni vandalları başında

 

 

Erməni hər yerdə ermənidir. Bu millət fürsət düşən kimi mənfur xislətini ortaya qoymaqdan çəkinmir. Yüzillərdir Amerikada, Avropada yaşayan ermənilər hələ də qayda-qanuna tabe olmağa öyrəşə bilmir, yeri gəldikcə çirkin xarakterini nümayiş etdirirlər. Onlar az olduqları yerlərdə gizlənmək üçün siçan deşiyi axtarır, çox olanda isə "əjdaha”ya dönürlər.

Soydaşlarımızın ABŞ və Avropada keçirdiyi etiraz aksiyalarının bəzilərinə erməni vəhşiliyi öz murdar damğasını vurmuşdur. "Əjdaha”lar əvvəlcə ABŞ-ın Los Anceles şəhərində səhnəyə çıxmışlar. Ötən çərşənbə axşamı ölkəmizin bu şəhərdəki baş konsulluğunun binasının qarşısında toplaşmış 50-yə yaxın soydaşlarımız təxminən 3 min erməni vandalından ibarət qrupun hücumuna məruz qalmışdır. Yerli polis nümayişçilərin təhlükəsizliyini təmin etməkdə acizlik göstərmiş, nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Məlumata görə, Los Ancelesdə törədilmiş vandalizm aktının bir iştirakçısı yaxalanmış və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülür. Öz növbəsində şəhərdəki baş konsulluğumuz erməni cinayətkarlarının tezliklə müəyyən edilib cəzalarını alması üçün bütün səyləri göstərir.

Erməni vəhşiliyi növbəti gün yenidən Belçikanın paytaxtı Brüsseldə təzahür etmişdir. Həmin gün soydaşlarımızın ölkəmizin Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin inzibati binasının qarşısında keçirdiyi aksiyaya vəhşi müdaxiləni Belçika Erməniləri Təşkilatı təşkil etmişdi. Daş, iti kəsici alətlər və partlayıcı vasitələrlə silahlanmış erməni vandalları Azərbaycan icmasının 6 üzvünü, eləcə də "REAL TV”nin Avropa bürosunun müxbirini yaralamışlar. Həmçinin diplomatik missiyamızın əməkdaşları xəsarət almış, missiyanın inzibati binası dağıntılara məruz qalmış, şüşələr qırılmış, Azərbaycan icması üzvünün şəxsi avtomobili yararsız hala salınmış, diplomatlarımızın ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olmuşdur. Bütün bu vəhşiliklərə baxmayaraq, aksiyada iştirak etmiş soydaşlarımız yüksək vətənpərvərlik sərgiləyərək öz şüarları və bəyanatları ilə erməni vandallarını susmağa məcbur etmişlər.

Yerli polis erməni təxribatçılarının qarşısını alıb onları təzyiqli su tətbiq etməklə aksiya yerindən uzaqlaşdırmış, dağıntı və təcavüz faktlarını qeydə almışdır. Hüquq-mühafizə orqanları 17 erməni vandalını saxlamışdır.

Son günlər Rusiyadan da həyəcanlı xəbərlər gəlir. Erməni vandalları qonşu ölkədə də soydaşlarımızı təxribata çəkməyə cəhd edirlər.

 

 

 

 

"Demokratiya mələkləri” ağızlarına su alıblar

 

 

Erməni vandallarının demokratik dünyada törətdikləri vəhşiliklər özlərini demokratiya cəfakeşi kimi təqdim edənlərin tükünü zərər qədər də tərpətməmişdir. "Demokratiya mələkləri” ağızlarına su alıb susmuşlar. Cürbəcür yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, ayrı-ayrı aparıcı dövlətlərin rəsmiləri, eləcə də nüfuzlu media orqanları heç nə olmamış kimi kiriyib dayanmışlar: elə bil ki, nə görüblər, nə də eşidiblər.

Hadisələrə belə münasibət qətiyyən təəccüblü deyil. Yaxın tarixin təcrübəsi göstərir ki, "demokratiya mələkləri” tənqid hədəflərini əvvəlcədən müəyyənləşdirəndən sonra hücuma keçirlər. Onların hədəfləri siyahısında Ermənistan və ermənilər yox, Azərbaycan və azərbaycanlılar yer alıblar. Əgər erməni vandallarının törətdiklərini azərbaycanlılar, yaxud digər bəlli hədəflər (məsələn, türkiyəlilər, qazaxlar, özbəklər...) törətsəydilər, dünyada elə bir həngamə qopardı ki, gəl görəsən. Yəni ki, amandır, qoymayın demokratiyaya, insan hüquqları və azadlıqlarına, o cümlədən vətəndaşların sərbəst toplaşma hüququnas. və i.a. kölgə salsınlar. Şəxsi siyasi maraqları naminə islamofobiyanı, türkofobiyanı qidalanma mənbəyi seçmiş siyasətbazlar dərhal meydana atılıb milli miqrasiya qanunvericiliyinin yarıtmaz olduğunuonun təcili olaraq sərtləşdirilməsinin vacibliyini ağızları köpüklənə-köpüklənə car çəkərdilər.

Azərbaycan xalq və dövlət olaraq bütün bunları çox görmüşdür. Demokratiyadan dəm vuranların dabbaxda gönünə də bələddir. Onların Azərbaycan və azərbaycanlılar barədə nəsə deyib-deməməsi xalqımız üçün ikinci, üçüncü, dördüncü... dərəcəli məsələdir. İndiki mərhələdə cəmiyyətimiz üçün ən əsası xalq-dövlət və Vətən-diaspor həmrəyliyidir. Belə bir həmrəylik isə artıq faktdır.

 

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2020.- 26 iyul.- S.1;3.