Ermənidən betər ermənilik

 

Azərbaycan həqiqətləri qarşısında aciz qalan erməni lobbisi bu dəfə xalqımıza qarşı əsas "silahlarını” aktivləşdirmək məcburiyyətində qalıb

 

 

Tarix boyu Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan faşist ideologiyasından əl çəkmək istəmir. Elə erməni barbarlığı, erməni vəhşiliyi qarşısında illərdir susqunluq nümayiş etdirən dünya birliyinin də mövqeyində bir dəyişiklik yoxdur.

Dünya birliyinin hələ də ikili standartlar xəstəliyinin davam etməsindən yararlanan Ermənistan hər zamankı kimi özünü cəzasızlıq şəraitində hiss edərək məkrli planlarını həyata keçirməkdədir. Son iki həftədə, xüsusən də özlərini demokratiyanın beşiyi adlandıran ölkələrdə - ABŞ-da və Avropanın müxtəlif dövlətlərində baş verən erməni eybəcərlikləri, insanlığa sığmayan hərəkətlər də eyni ssenarinin davamıdır.

 

 

Dəyişməyən erməni xisləti, sağalmayan ikili standartlar xəstəliyi

 

 

Maraqlısı odur ki, dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklərin törədildiyi həmin Qərb ölkələrinin birində hansısa terror aksiyası baş verərkən dərhal ayağa qalxaraq sərt sanksiyalar tətbiq edən, terrora qarşı koalisiyalar yaradan həmin avropalıların bu gün baş verən eybəcərliklərə seyrçi mövqe sərgiləməsi əlbəttə, erməni terrorçularının imkanlarının daha da genişlənməsinə zəmin yaradır.

İllərdir bu ədalətsiz mövqe ilə barışmaq məcburiyyətində qalan dünya azərbaycanlıları mütəşəkkil formada həmrəylik nümayiş etdirərək ayağa qalxıb. Dinc yolla, sivil qaydalar çərçivəsində dünya birliyindən həm erməni vəhşiliyinə, həm də ikili standartlara son qoyulmasını tələb edən soydaşlarımızın tək istəyi ədalətdir.

Əlbəttə ki, bu mütəşəkkillik Ermənistanı və onun havadarlarını narahat etməyə bilməz. İllərdir azərbaycanlılar haqqında mənfi imic formalaşdırıb xalqımızı vəhşi barbarlar kimi dünyaya təqdim etməyə çalışan erməni lobbisi bu gün əsl həqiqətlərin üzə çıxdığını yaxşı anlayır və çıxış yolunu həmişəki kimi zorda, terrorda görür.

Soydaşlarımızın ABŞ-da, Avropanın müxtəlif şəhərlərində keçirdikləri dinc aksiyalar zamanı erməni vandallarının etdiyi vəhşiliklər kimin kim olduğunu bir daha aydınlaşdırır.

Dünya birliyinin bu vəhşiliyə də göz yummasına, cinayətkarların cəzasız qalmasına nə qədər təəssüflənsək də, hiddətlənsək də, yaxşı anlayırıq ki, nə xristian təəssübkeşliyi, nə də əsl erməni xisləti dəyişəsidi...

 

 

 

 

Erməni ilə həmrəy olan riyakarlar

 

 

 

Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası üçün dövlətini, millətini sevən hər kəs əlindən gələni əsirgəmir.

Lakin təəssüflə qeyd etməliyik ki, əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xainlər də erməni təəssübkeşliklərini ortaya qoyublar. Bu xalqın onlara olan nifrət hissini daha da artırıb və dünya azərbaycanlılarını bərk hiddətləndirib.

Həmin üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət” etdiklərini əvvəllər də nümayiş etdiriblər. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlıqlarını ortaya qoydular.

Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?!

İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə hərməy olsun?!

Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəslənildikləri” açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etməyə başlayıb. Yəni hərbi savaşlarda, siyasi meydanlarda, sivil yolla mübarizədə Azərbaycana uduzan Ermənistan və xaricdəki erməni lobbisi xainləri əlində əsas silah kimi saxlayırmış. ABŞ-da, Avropada azərbaycanlıların bir yumruq kimi birləşib dünya birliyindən ədalət tələb etməsindən qorxuya düşən erməni təəssübkeşlikləri son varianta əl atıb Azərbaycana qarşı əsas "silahlarını” aktivləşdirdilər. Xaricdəki antimilli şəbəkənin sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçməsi hər şeyi çılpaqlığı ilə ortaya çıxardı.

 

 

Xalqının mənafeyini deyil, qrantı üstün tutan buqələmunlar

 

Soydaşlarımızın müxtəlif ölkələrdə keçirdikləri dəstək aksiyaları zamanı ermənilərin insanlığa sığmayan hərəkətlərinə dünya şahidlik etdi. Lakin daxildəki "beşinci kolonun və xaricdəki antimilli şəbəkənin buyruq qulları - AXCP sədri Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimiləri ermənilərin tapşırığı ilə eyni tezislər əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başladılar.

Bu şəxslər xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verməyə çalışdılar. Azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışdılar. Bununla da ermənilərin mövqeyinə xidmət göstərməyə, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd etdilər.

Xalq bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə xəyanət edən bu ünsürlərin əsl riyakar, xain sifətlərini gördü. Hər kəsə bir daha bəlli oldu ki, onlar üçün Azərbaycan xalqının mənafeləri vacib deyil, onları yalnız erməni lobbisinin qrantları, ianələri və göstərişləri maraqlandırır. Əgər belə olmasaydı, Ermənistanın işğalçılıq siyasətinə görə həmrəylik nümayiş etdirən, xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum etməzdilər.

Erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit, xuliqan, vətənşüvən deyən Sevinc Osmanqızının səsləndirdiyi fikirlər onun əsl xislətini üzə çıxardı. Baş verən erməni terror aksiyalarından sonra efirə çıxıb "Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən...” fikrini səsləndirməklə ermənilərin hüquqlarının müdafiəçisi olduğunu bir daha isbatlamış oldu. Erməni lobbisi ABŞ-da, Avropada Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edəndə səsini çıxarmayan bu şəxs azərbaycanlıların həmin ölkələrdə öz haqqını tələb etməsindən çox narahatlıq keçirir.

Öz Vətəninə, ordusuna dəstək nümayiş etdirən, dünyadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tələb edən dinc insanlar nə zamandan bandit, xuliqan hesab ediliblər?

Həqiqətən bu insanın içində Azərbaycana nifrət, xalqımıza qarşı kin formalaşıb. Yoxsa, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara, şəhidini ananlara kim bandit, vətənşüvən deyə bilər?!.

Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsindən qidalananlar silahı bizə qarşı tuşlayıblar. Erməni lobbisi məhz bu üzdəniraqlar vasitəsilə azərbaycanlıları təhqir etdirirlər.

Bu səbəbdən də ehtiyatlı olmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, düşmənimiz ermənilərdirsə, içimizdə onlardan geri qalmayan düşmənlərimiz də var. Onlardan istənilən zaman bizə qarşı silah kimi istifadə edirlər.

Prezident İlham Əliyev haqlı olaraq deyir ki, onlar ermənilərdən də pisdirlər...

Birinci vitse-prezident Mehriban Əliyevanın baş verən hadisələrlə bağlı xalqa müraciətində söylədiyi kimi, daha möhkəm bağlarla birləşib birgə hərəkət etməli, azğınlaşmış düşmənlərə layiqli cavab vermək üçün bütün potensialımızı ortaya qoymalıyıq. Yalnız belə olan halda həm İrəvandakı, həm xaricdəki, həm də içimizdəki ermənilərə qarşı apardığımız mübarizədə qalib gələcəyik.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 28 iyul.- S.1;5.