İndoneziya KİV-ləri
dünyanın müxtəlif şəhərlərində ermənilərin
azərbaycanlılara hücumlarını pisləyən məqalələr
yayıb
İndoneziya kütləvi-informasiya vasitələri dünyanın müxtəlif şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə qarşı hücumlarını pisləyən məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin "indonesiainside.id", "nkriku.com", "arrahmah.com" və digər saytlarında iyulun 12-də Ermənistanın Azərbaycana hərbi təxribatından sonra ABŞ-da və Avropanın bir sıra şəhərlərində buna etirazını bildirən dinc azərbaycanlıların ermənilər tərəfindən təcavüzə və hücuma məruz qalmaları barədə məlumatlar dərc olunub.
"arrahmah.com" saytının yaydığı "Erməni ekstremistlər ABŞ-da azərbaycanlıları təhdid edirlər" adlı məqalədə ermənilərin hücumlarının qarşısını almaq üçün Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun polisə müraciət etmək məcburiyyətində qaldığı qeyd edilib.
Eyni zamanda,
konsulluq tərəfindən azərbaycanlılara
qarşı hücuma çağıran internet hesablarının toplandığı da bildirilir. Qeyd edilir ki, "Instagram"dakı
belə hesablardan biri Ermənistan bayrağının da əks olunduğu "armo_bountyhunters"dir. Həmin
internet-hesabda bu rayonda yaşayan azərbaycanlıların və
türklərin ünvanları
barədə informasiyaya
görə bitkoinlə
ödənişlər təklif
edildiyi də bildirilir.
Bundan əlavə,
Ermənistandan olan bir "Facebook" istifadəçisinin azərbaycanlı
nümayişçilərə hücuma görə öz həmyerlilərini təriflədiyi də qeyd edilir. İstifadəçi
yazır: "Tezliklə
Los-Ancelesdə öldürülən
azərbaycanlıların sayı
daha da artacaq.
Yaxşı işdir, qardaş!!"
Bildirilir ki, Los-Anceles şəhərinin merini bu cinayətlərə qarşı kəskin mövqe nümayiş etdirməyə çağıran
konsulluq öz həmvətənlərinə ehtiyatlı
olmağı, erməni
qruplarının təxribatına
uymamağı tövsiyə
edir.
Qeyd edilir ki, yerli "KTLA 5 News"
kanalında ermənilərin
hücumu zamanı
polis əməkdaşlarının da xəsarət alması barədə ətraflı məlumatlar
verilir.
"indonesiainside.id" və
"nkriku.com" saytlarında isə İsveçin Stokholm şəhərində
dinc azərbaycanlıların
Ermənistanın Azərbaycana
hərbi təxribatı
ilə bağlı təşkil etdikləri nümayiş barədə
məlumat verilir. Qeyd edilir
ki, təcavüzkar dövlətin hərəkətlərinə
etiraz məqsədilə
parlamentin qarşısında
toplaşan nümayişçilər
bu hücumu dayandırmağa tələb
edərək, həlak
olanların adlarını
sadalayıblar.
Nümayiş zamanı İsveç hökumətinin və beynəlxalq təşkilatların
Ermənistanın işğalçı
siyasətinə son qoymaq
üçün qəti
addımlar atmasına
çağırışlar səslənib.
Məqalələrdə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
tarixi və nəticələri barədə də
indoneziyalı oxuculara ətraflı məlumat verilir. Qeyd edilir ki, beynəlxalq təşkilatların
Ermənistan silahlı qüvvələrinin işğal
edilmiş Azərbaycan torpaqlarından
çıxarılması barədə qəbul etdiyi qətnamələrə baxmayaraq,
bu tələb işğalçı
dövlət tərəfindən hələ də yerinə yetirilmir.
Azərbaycan.-2020.- 28 iyul.- S.5.