Ölümsüzlüyə
qovuşanlar
Azərbaycan Ordusu növbəti dəfə tarix yazdı. İyulun 12-də işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əl atdığı mənfur əməllərinin qarşısı qətiyyətlə alındı. Vətənin ərazi bütövlüyü uğrunda şəhadət zirvəsinə yüksələn igidlərimiz xalqımızın qəhrəmanlıq ruhunu bir daha nümayiş etdirdilər.
Onlar öz ölümləri ilə göstərdilər ki, Azərbaycan Ordusu əsgərindən generalına qədər qəhrəmanlar ordusudur. Bu orduda xidmət edən hər kəs rütbəsindən, vəzifəsindən asılı olmayaraq, Vətənin sərhədlərini, milli maraqlarını qoruyan igid döyüşçüdür.
Hər vətəndaş bir əsgər
Cəmiyyətimizdəki vətənpərvərlik ruhu, sərhəddə baş vermiş hadisələrin, əsgər və zabitlərimizin şücaətinin insanlarımızda yaratdığı coşğu isə onu sübuta yetirdi ki, ordumuzun miqyası təkcə hərbi vəzifə daşıyan gənclərimizin sayı ilə məhdudlaşmır. Əli silah tutan, Azərbaycanın hərbi qələbələrinə hər hansı şəkildə fayda verəcək hər bir vətəndaşımız bu ordunun sıralarındadır, Ali Baş Komandanın əmri ilə hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazırdır.
Azərbaycan Ordusunu yenilməz edən də bu məğlubedilməz ruhdur. Ordumuz gücünü, qüdrətini xalqdan, bir də qətiyyətli və sarsılmaz iradəyə malik Ali Baş Komandandan alır.
Ona görə işğalçı Ermənistan bu dəfə də öz təxribatçı məqsədlərinə çata bilmədi. Azərbaycan apardığı haqq davasında mövqelərini daha da gücləndirdi, imkanlarını səfərbərliyə aldı. Düşmənə vurduğu zərbə ümidlərini sarsıtdı. Necə ki, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərindəki şanlı qələbəsi cinayətkar Sarkisyan rejiminin dayaqlarını laxlatmışdı, bu dəfə də Paşinyan rejimi eyni aqibətlə üzləşdi.
Böyük yəqinliklə, yaxın günlərdə işğalçı ölkədə yeni siyasi qarşıdurmalara, vətəndaş narazılıqlarına, xaosa, çevrilişlərə şahid olacağıq. Ermənistan rəhbərliyinin apardığı siyasətin antihumanist, ümumbəşəri dəyərlərə zidd mahiyyətinin beynəlxalq aləmdə ifşası, işğalçı ölkə ətrafındakı blokada və təzyiq halqasının daralması o ölkənin sonunu yaxınlaşdıracaq.
Düşmənə verilən dərs
Bu təxribatlardan bir neçə gün əvvəl yerli televiziyalara müsahibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev bütün dünyaya, o cümlədən işğalçı Ermənistana qətiyyətli mesaj ünvanlamışdı: "Heç kim Aprel döyüşlərini unutmasın!”
2016-cı ilin aprelində ordumuz uğurlu əməliyyat nəticəsində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdi. Bunun ardınca - 2018-ci ildə isə daha bir uğurlu əməliyyatla Naxçıvanda on min hektardan çox torpaq sahəsi işğalçılardan təmizləndi. Beləliklə, vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovulub, çıxarıldı. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Azərbaycan hərbçilərinin düşməndən azad edərək möhkəmləndirdikləri strateji yüksəkliklər hazırda ordumuza Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət imkanları yaradır. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu da hazırda Azərbaycanın nəzarəti altındadır.
Azərbaycan Ordusu Aprel döyüşlərində, ardınca Naxçıvan əməliyyatında olduğu kimi, bu dəfə də düşmənə vurduğu zərbə ilə Ermənistana göz dağı çəkdi. Ermənistan işğalçılıq və faşizm siyasətindən əl çəkməyənə qədər bu cür sarsıntıları, biabırçı məğlubiyyətləri, saysız-hesabsız itkiləri hələ çox yaşayacaq. Bu, təcavüzkar ölkənin seçdiyi taledir.
Tutduğu bədnam mövqeyin, atdığı yanlış addımların məntiqi nəticəsidir.
Erməni faşizmi
Bu gün bütün dünya COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə aparır. Bəşəriyyət bütün ölkələrin, xalqların gələcəyini eyni şəkildə təhdid edən, dünya iqtisadiyyatını çox çətin vəziyyətlə üz-üzə qoyan ümumi bəlaya qarşı birləşməyə çalışır. Birlikdə uyğun həllərin axtarılmasına can atır. Dünyanın demək olar ki, bütün ölkələrində hərbi əməliyyatlar dayanıb. Hətta terrorçu qruplaşmalar belə, hər hansı cinayət əməllərindən, terror aktlarından əl saxlayıb. Hamı anlayır ki, indi düşmənçilik vaxtı deyil. Bütün dünyanın üz-üzə durduğu gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparmaq zamanıdır.
Hətta gözlənilən idi ki, bəşəriyyət pandemiyanın verdiyi dərslərdən gələcək üçün də müəyyən nəticələr çıxaracaq. Hərbi münaqişələrin, o cümlədən regional konfliktlərin nə qədər mənasız bir iş olduğunu, nəhayət, hər kəs anlayacaq. Postpandemiya dövründə hamı düşmənçilik mövqeyini kənara qoyub sülh, təhlükəsizlik, davamlı iqtisadi inkişaf, insanların sosial rifahı üçün ən uyğun yolların axtarışına başlayacaq. Dünyada innovativ inkişaf sürətlənəcək. İnsan həyatının dəyəri artacaq. Hökumətlər əhalinin maddi-rifah halının yüksəlməsinə, sosial xidmətlərin onlar üçün daha da əlçatan olmasına çalışacaqlar. Necə ki, bu sosial siyasəti xalqımız dövlətimizin addımlarında hər an görür.
Dünyanın beyin mərkəzləri, cəmiyyətlər, fərdlər postpandemiya dövründə belə bir dünyanın xəyalını qurarkən erməni xisləti yenə öz sözünü dedi. İşğalçı Ermənistanın dünya üçün son dərəcə gərgin dövrdə Azərbaycana qarşı pandemiya ilə yanaşı, ikinci cəbhə açması göstərdi ki, Ermənistan kimi faşizm ideologiyasına xidmət edən ölkələr, siyasi rejimlər mövcud olduqca münaqişələr də davam edəcək. Bu cür rejimləri ümumilikdə bəşəriyyətə qarşı heç bir dünyamiqyaslı dərdə-sərə, problemə baxmayaraq, öz hikkəsi ilə tətbiq etməkdən çəkinməyən düşmənin, ümumiyyətlə, insanlıqdan, siyasətdən, dünya təcrübəsindən xəbərsiz olduğunu göstərir və belə ilanın başını əzməkdən başqa çarə qalmır.
Belə ölkələrin region və ümumilikdə dünya üçün nə qədər böyük təhlükə doğurduğunu yaranmış mənzərə aydın göstərir. Nəzərə alaq ki, pandemiya Ermənistandan da yan keçməyib. İqtisadi imkanları, resursları çox məhdud olan, vətəndaşları ac-yalavac durumda dolanan işğalçı Ermənistan bu gün pandemiyadan ən çox əziyyət çəkən, bu qlobal bəla qarşısında aciz duruma düşən ölkələrdəndir. Xəstəlikdən yoluxma və ölüm sayı burada hər gün artır. Vətəndaşların müalicəsi üçün lazımi imkanlar yoxdur. Ölkənin iqtisadi durumu karantin rejiminin tətbiqinə imkan vermir. Çünki məhdudlaşdırıcı tədbirlərin müqabilində insanların dolanışığının təmin olunmasını dövlət öz boynuna götürə bilmir. Ona görə də Ermənistanda sosial narazılıqlar getdikcə artır. Küçə-meydan eyforiyası azaldıqca vətəndaşlar Paşinyan rejiminə qarşı ayağa qalxmağa başlayır. Hətta belə ağır bir dönəmdə də düşmənin işğalçılıq siyasətindən əl çəkməməsi, Azərbaycan sərhədlərini kobudcasına pozmaq, yeni mövqelər əldə etmək cəhdləri həqiqətən faşizm xəstəliyinin ifrat təzahürü kimi heyrət doğurur.
Yenilməz ordu
Amma erməni xislətindən irəli gələn bu həyasızlığın, faşizm ideologiyasına bağlılığın onları sövq etdiyi hər azğın hərəkət Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə qarşılaşacaq. Qətiyyən şübhə yoxdur ki, ordumuz işğalçının burnunu ovacaq.
Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur. Son illərdə ölkəmizin sosial-iqtisadi nailiyyətlərindən irəli gələrək silahlı qüvvələrimizin maddi-texniki bazası tamamilə yenilənib. Azərbaycan Ordusu ən müasir silah-sursat, texnologiyaların ən son nəslinə aid hərbi avadanlıq və ləvazimatlarla təchiz olunub. Ölkə ərazisindəki əksər hərbi hissələr təmir edilib və ya yenidən qurulub. Müasir dövrün tələblərinə uyğun hərbi hissələr tikilərək istifadəyə verilib. Ən ucqar ərazilərdə, düşmənlə üzbəüz mövqelərdə də döyüşçülərimiz yaxşı şəraitlə təmin edilib. Ən əsası isə Azərbaycan Ordusunun döyüş ruhu çox yüksəkdir. Bu gün işğalçı ölkənin qarşısında gördüyü ordu müstəqilliyimizin ilk illərindəki - sıralarında Vətən üçün canını fəda edən igid övladlarımız vuruşan, şəhid olan, amma həm də nizamsız, vahid komandanlıqdan daha çox ayrı-ayrı siyasi qruplaşmalara bağlı birləşmələr deyil. Öz gücünü, döyüş əzmini, peşəkarlığını, texniki imkanlarını son illərdə düşmən üzərindəki zəfərləri ilə göstərən, ideoloji cəhətdən də mükəmməl silahlanmış yenilməz nizami ordudur.
Azərbaycan Ordusu bu gün müxtəlif parametrlərə görə dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Səfalət içində yaşayan, demoqrafik azalma və xaricə əhali miqrasiyası üzündən bu gün orduya göndərməyə əsgər tapa bilməyən kasıb, ac Ermənistan belə bir qüdrətli ordu qarşısında duruş gətirə bilərmi?!
Qürur dolu tarix
Prezident İlham Əliyev bütün çıxışlarında düşmənə xəbərdarlıq edir. Təxribatçı mövqedən, işğalçı siyasətdən əl çəkməyə çağırır. Atəşkəsin pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə ordumuzun buna ən ağır şəkildə cavab verəcəyini diqqətə çatdırır. Və hər təxribat cəhdində düşmənin başının dərhal əzilməsi bu bəyanatların söz olaraq qalmadığını, Azərbaycan Prezidentinin bütün məsələlərə münasibətdə olduğu kimi, bu məsələdə də sözünün arxasında dəyanətli mövqeyini göstərir.
Müdafiə Nazirliyimizin düşmən təxribatına qarşı aparılmış əməliyyatların cüzi bir hissəsi kimi yaydığı videogörüntülər düşmənin sərhəddəki infrastrukturunun, canlı qüvvəsinin, səngərlərinin, strateji mövqelərinin, dayaq məntəqələrinin şanlı ordumuzun sərrast atəşləri nəticəsində dəqiqliklə məhv edildiyini göstərdi.
Bunlar ümumi mənzərənin yalnız kiçik epizodlarıdır. Hərbin özünməxsus qayda-qanunlarını, məxfilik prinsiplərini nəzərə alaraq görüntülərin yalnız bir qismi yayılıb. Reallıqda isə yəqin ki, düşmənin itkiləri bundan qat-qat çoxdur.
İşğalçının təxribatçı əməllərinin, məkrli niyyətlərinin cavabı elə bu cür də olmalı idi. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu cavabı verdi. Tovuzda aparılmış bu əməliyyat, hərbçilərimizin igidlikləri Azərbaycan Ordusunun şanlı tarixində hər zaman qürurla xatırlanacaq.
Haqq davası
Aprel döyüşlərində olduğu kimi, mənfur qonşumuz yenə də ən çirkin əməllərə əl atır. Zaman-zaman göstərdiyi namərdlikləri növbəti dəfə təkrarlayır. 1992-ci ilin 26 fevralında Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətin, mülki vətəndaşlara qarşı terrorun bu ölkənin ardıcıl dövlət siyasəti olduğunu göstərir. Azərbaycan Ordusunun vurduğu zərbələrin qisasını dinc mülki sakinlərdən almağa çalışır. Sərhəddəki Azərbaycan kəndlərini atəşə tutur. Bunun nəticəsində 76 yaşlı ağsaqqal, Tovuz sakini Əziz Əzizovun həlak olması Ermənistanın məhz faşist siyasəti yeridən dövlət olduğunu bir daha sərgiləyir.
Ermənistanın bu təxribatının səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi erməni həyasızlığının, üstəlik məntiqsizliyinin heç bir sərhəd tanımadığını növbəti dəfə isbat edir. Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bir neçə il bundan əvvəl isə Azərbaycan Prezidentinin tapşırığına əsasən, sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə edilib. Belə bir təxribata əl atmaqda isə təcavüzkar ölkənin niyyəti Azərbaycanın yeni ərazilərini işğal etmək, strateji yüksəkliklərdə mövqe tutaraq ölkəmizin son onilliklərdəki iqtisadi-siyasi nailiyyətlərinin, qlobal uğurlarının rəhninə çevrilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bu sıraya əlavə edilən digər enerji-kommunikasiya layihələrini təhdid altında saxlamaq idi.
Ermənistanı bu təxribata sürükləyən
hazırda işğalçı ölkədə mövcud olan
siyasi-iqtisadi böhrandır. Məlumdur ki, Paşinyan hakimiyyətə
çox böyük eyforiya ilə gəlmişdi. Kütlənin
onun ardınca getməsinin əsas səbəblərindən
biri də xarici fondlardan maaş və təminat alan dəstənin
Ermənistan cəmiyyətinə verdiyi böyük vədlər
idi. Guya
qısa müddət ərzində Ermənistana on milyardlarla
dollar sərmayə qoyulacaq. Hazırda əhalisinin sayı 2
milyondan da az olan təcavüzkar ölkədə
guya həyat yenidən qurulacaq, haqq-ədalət, demokratik
prinsiplər bərqərar olacaq, insan haqları qorunacaq, əhalinin
sayı 5 milyona çatacaq.
Cinayətkar,
qaniçən Sarkisyan rejimindən cana
doymuş erməni xalqına bu vədlər xeyli cəlbedici gəlirdi.
Amma Ermənistanın durumu ilə az-çox tanış olan
hər kəs bilirdi ki, başqalarının əlində
maşa rolunu oynayan, özünü bütün inkişaf
layihələrindən təcrid edən, heç bir
resursları olmayan, ölkədəki mövcud korrupsiya
üzündən xarici investisiyalar cəlb edə bilməyən,
ümidi yalnız xaricdəki havadarlarının dilənçi
payına qalan ölkədə bu vədləri yerinə yetirmək
mümkün deyil. Ona görə də tezliklə Paşinyan
rejiminə qarşı çalxalanmaların
başlanacağı gözlənilən idi və bu gözlənti
baş verdi. Ermənistan
hökuməti bu çalxalanmaların qarşısını
almaqdan ötrü indi bütün mümkün vasitələrdən
istifadə etməyə çalışır. Təşəbbüsü ələ ala biləcək
siyasi opponentlər həbs edilir. Konstitusiya
kobudcasına pozulur, qanunsuz düzəlişlər edilir.
Hakimiyyət bölgüsü prinsipinə məhəl
qoyulmur. Demokratik idarəçilik
normalarından əvvəllər olduğu kimi, indi də əsər-əlamət
yoxdur. Faşist ideologiyasına xidmət edən,
qonşu dövlətin ərazilərini illərdir ki,
işğal altında saxlayan, etnik təmizləmə siyasəti
aparan, milyondan çox Azərbaycan vətəndaşının
hüquqlarını pozan, bəşəriyyətə
qarşı Xocalı soyqırımı kimi dəhşətli
cinayət törətmiş işğalçı bir ölkədə
demokratiyadan, insan haqlarından, təbii ki, söhbət gedə
bilməz. Buna görə də ölkədəki
ciddi böhranı ikinci plana atmaqdan ötrü son addım
kimi Ermənistan Azərbaycanla sərhəddə təxribatlara
əl atdı.
İşğalçı qonşumuzun bu şəkildə
quduzlaşmasında ölkəmizin qazandığı nailiyyətlərin,
beynəlxalq uğurların da çox böyük təsiri
var. Bu uğurların Ermənistan rəhbərliyində necə
psixi simptomlar yaratdığı Azərbaycanın təşəbbüsü
ilə BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağırılmasına onların
reaksiyasından göründü. Dünyanın 130-dan çox ölkəsi
Azərbaycan Prezidentinin pandemiyaya qarşı qlobal
imkanların birləşdirilməsi, birgə həllərin
tapılması, bu sahədə əməkdaşlığa,
həmrəyliyə nail olunması məramı ilə irəli
sürdüyü faydalı təşəbbüsə
yekdilliklə səs verdi. Pandemiyadan
ən çox əziyyət çəkən ölkələrdən
biri kimi bu təşəbbüsün həyata keçirilməsində
ən çox elə Ermənistan maraqlı olmalı idi.
Heç olmasa, ümumbəşəri dəyərlər
bu ölkəni də belə bir təşəbbüsü dəstəkləməyə
sövq etməli idi. Ermənistan isə
bütün dünyanın dəstəklədiyi təşəbbüsün
əleyhinə çıxmaqla öz faşist mahiyyətini bu
məsələdə də ortaya qoydu. Ardınca
da çox sınaqlı bir dövrdə Azərbaycanı əsas
məqsəddən yayındırmaq, yeni ərazilərimizi
işğal etmək niyyəti ilə Tovuz istiqamətində
bu cür təxribatçı əməllərə
başladı.
Amma Ermənistan silahlı birləşmələri bu dəfə
Azərbaycandan bir qarış da olsun yeni ərazi qopara bilmədi. Əksinə,
Tovuz döyüşləri göstərdi ki, əgər belə
bir istək olsa, bu gün Ermənistan ərazisinin
böyük bir hissəsini nəzarət altına almaq, tarixi
şəhərimiz olan İrəvana belə bayraq sancmaq Azərbaycanın
hərbi qüdrəti daxilindədir. Ancaq
Ermənistandan fərqli olaraq Azərbaycanın
qarşısında heç bir işğalçı məqsəd
dayanmır. Ölkəmiz düşmənçiliyi
də mərd-mərdanə, beynəlxalq hüquq
normalarına, ərazi bütövlüyü prinsipinə
uyğun aparır. Bilavasitə Ermənistanla
sərhəddə hər hansı hərbi planının
olmadığını, haqq davasını yalnız
işğal edilmiş torpaqlarımızın
azadlığı uğrunda apardığını
nümayiş etdirir.
Nazirlər
Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi
yekunlarına həsr olunmuş toplantısındakı
çıxışında Azərbaycan Prezidenti bildirdi ki,
hazırda Azərbaycanla Ermənistanın dövlət sərhədindəki
operativ vəziyyət bizi tamamilə qane edir. "Biz
istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə
yaradılmış əlavə imkanlardan, o cümlədən,
döyüş məntəqələrinin yeni yerləşməsindən
istifadə edib öz sözümüzü deyəcəyik”.
Aradan
qaldırılan tarixi yanlışlar
Azərbaycan düşmən üzərindəki hərbi
qələbələri ilə ötən əsrin 90-cı
illərinin əvvəllərində hakimiyyəti təsadüfən
ələ keçirmiş səriştəsiz, naşı
insanların yol verdikləri böyük tarixi
yanlışların acı nəticələrini aradan
qaldırır. Son əməliyyatlar göstərir ki, Ermənistan
heç vaxt açıq döyüşdə qələbə
qazana bilməyib və bilməz. Onlar hətta
Azərbaycanda nizami ordunun olmadığı, ölkəmizin
ağır sosial-iqtisadi böhran şəraitində
yaşadığı dövrlərdə də
torpaqlarımızı işğal edə bilməzdilər.
Bu məsələdə Erməni
işğalçılarına həmin dövrdə əsas
məqsədi hakimiyyət uğrunda döyüşmək
olan Azərbaycan Xalq Cəbhəsinin və onun başında
dayananların xəyanəti kömək etdi. Azərbaycanda
vəziyyəti qarışdıraraq, hərc-mərclik
mühitində hakimiyyətə gəlmək
üçün onlar satqınlıq yolu tutdular. Azərbaycan
Xalq Cəbhəsinin sıralarında təmsil olunub Vətəni
səmimi-qəlbdən sevən, torpaq uğrunda canını
fəda edən igid oğullarımızın mübarizliyi,
milli qeyrəti də bu xəyanətkarlara mane ola
bilmədi. Naşı siyasətçilər nəyin
bahasına olursa-olsun hakimiyyətə gəlməkdən
ötrü torpaqları düşmənə təslim etdilər.
Bu, xəyanətin ən böyüyü idi.
Azərbaycan Xalq Cəbhəsi məhz bu xəyanət
nəticəsində hakimiyyətə gəldi. Və Ermənistan həmin illərdə Azərbaycanda
yaranmış hərc-mərclikdən, anarxiyadan, xaosdan istifadə
edərək torpaqlarımızı işğal etdi.
Amma xəyanətin ömrü qısa olur. Xalqın
gözü tərəzidir. İnsanlar
kimin-kim olduğunu yaxşı gördülər. Tarix hər
kəsin obyektiv qiymətini verdi. Hakimiyyətə xəyanət yolu ilə gələnlər
Vətənin dar günündə fərarilik edərək
idarəçilikdən uzaqlaşdılar. Yaranmış qarışıqlıqdan istifadə
edən Ermənistan Qarabağ ətrafındakı bir
neçə rayonu da işğal etdi. Ulu
Öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra böyük zəhmət
bahasına ölkədə xaosun, anarxiyanın,
nizamsızlığın qarşısını aldı,
respublikanı vətəndaş müharibəsinə
sürükləyən silahlı qüvvələri zərərsizləşdirdi.
Amma düşmənin daxilimizdəki
havadarlarının əli ilə işğal etdiyi
torpaqlarımızın azad edilməsi məsələsi
artıq böyük bir düyünə çevrilərək
dünya birliyində yalnız Prezidentin siyasi imicinə və
müdrik addımlarına bağlıdır.
Sapı
özümüzdən olan baltalar
O
dövrün bəzi "məşhurları” əfsuslar olsun
ki, hələ də ortalarda dolaşırlar. Azərbaycan
Ordusunun düşmənə ağır zərbə
vurduğu vaxtlarda kimsə xaricdə əyləşib Azərbaycana
barmaq silkələməyə cəhd göstərir.
Başqa birisi sosial şəbəkələrdə
yaydığı səs yazıları ilə əhali
arasında çaşqınlıq yaratmağa can atır. Bu sayaq ünsürlərin təxribatlarını
iyulun 14-ü gecəsi Azərbaycan Ordusuna dəstək məqsədilə
keçirilən aksiyalarda da müşahidə etdik.
Bu aksiyalar cəmiyyətimizdəki yüksək vətənpərvərlik
ruhunun ifadəsi idi. Ordumuza, Ali Baş Komandanımıza dəstək niyyəti
ilə yürüşlər keçirən şəxslərin,
xüsusilə də Qarabağ müharibəsindən sonra
dünyaya gəlmiş gənclərin savaş arzusu, Vətən
təəssübkeşliyi, ordu sıralarında qulluq etmək
niyyəti qürur doğururdu. Bu aksiya Azərbaycan
gəncinin milli ruhu, milli qeyrəti, böyüklərindən
aldıqları qəhrəmanlıq dərslərinin, cəmiyyətimizdə
aparılan vətənpərvərlik təbliğatının,
Ali Baş Komandanımızın göstərdiyi şəxsi
nümunənin fərəhli nəticələridir. Bu nəticələrdə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın illərdən bəridir ki, Vətən adına həyata keçirdiyi nurlu fəaliyyətin,
həm cənab İlham Əliyevə, həm də onun şəxsiyyətinə
olan ümumxalq məhəbbətinin böyük rolu var.
Cəmiyyətimiz ürəkdən gələn bir
coşğu ilə düşmənə daha bir göz
dağı çəkdi. Azərbaycanı sevən
insanların haqq mövqeyindən bir addım da geri çəkilməyəcəklərini,
bu savaşın işğal olunmuş torpaqlarımızın
azadlığı gününə qədər eyni qətiyyətlə
davam edəcəyinə bütün dünya şahid oldu.
İştirakçıların öz Vətən
sevgilərini ifadə etmələri ordumuzun, Ali Baş
Komandanımızın mövqeyindən
yanaşmalarını görən polis aksiyaya müdaxilə
etmirdi. Minlərlə insanın Bakının
müxtəlif yerlərindən vətənpərvərlik
şüarları səsləndirərək milli qürur
yerimiz olan Şəhidlər xiyabanına doğru
axışması böyük bir həmrəylik mənzərəsi
idi. Azərbaycanı sevən hər kəs
bu mənzərə ilə ancaq qürur duya bilərdi.
Adamın ağlına belə gəlməzdi ki,
insanların səmimi hisslərindən təxribatçı
məqsədlərlə istifadə etməyə cəhd
göstərənlər olsun. Təəssüf ki,
belələri yenə tapıldı. Öz
mənfur niyyətləri ilə düşmən dəyirmanına
su tökənlər izdihamın sonunu təxribatçı məqsədlərinə
bağlamağa cəhd göstərdilər. Vəziyyətdən istifadə edib gəncləri
yoldan çıxarmağa çalışdılar. Ötən əsrin 90-cı illərinin əvvəllərində
olduğu kimi, xaos, hərc-mərclik yaradıb çirkin niyyətlərinə
çatacaqlarını xəyal etdilər. Yürüşün bir qrup
iştirakçısı təxribatçıların təhriki
ilə Milli Məclisin binasına daxil oldu. İçəridə müəyyən vandalizm hərəkətləri,
dağıntılar törədildi. Başqa
bir qrup isə küçədə polis
maşınını çevirdi. Kimlərsə
xalqla polisi üz-üzə qoymaq, milli həmrəyliyə xələl
gətirməyə, araya təfriqə salmağa cəhd
göstərdilər.
Milli mənsubiyyətlərini
itirmiş, ali dəyəri yadlara
satmış bu ünsürlər açıq-aşkar ermənilərlə
işbirliklərini, ermənipərəst dairələrin
sifarişləri əsasında hərəkət etdiklərini
növbəti dəfə sübuta yetirdilər.
Amma Azərbaycan polisinin təmkinli davranışları,
dövlətə, nizamnamə qaydalarına sadiqliyi, eyni
zamanda, Vətənə sevgisi bu təxribatçı hərəkətlərin
qarşısını aldı. Polis belə
ünsürlərə öz niyyətlərinə
çatmağa imkan vermədi. İzdihama
qoşulub Azərbaycan dövlətinə qarşı
hansısa iyrənc ssenarini icra etməyə
çalışanlara, bu ssenarinin sifarişçilərinə
bir daha isbat olundu ki, artıq 90-cı illərin əvvəlləri
deyil. Heç kim dövlətə
güc göstərə bilməz. Azərbaycan
dövləti onun milli maraqlarına qarşı addım atan
bütün ünsürləri dərhal yerində oturtmaq
qüdrətinə sahibdir.
Həmin gecə gördük ki, düşmənimiz təkcə
cəbhə bölgələrində Azərbaycana
qarşı təxribatlar törədən, Vətənin igid
övladlarının qətlinə bais olan
işğalçı Ermənistan deyil. Hələ ki, aramızda da
daxili düşmənlər var. Hərbçilərimiz səngərdə
erməni quldurlarına qarşı döyüşüb
qalibiyyət qazandıqları kimi, ölkənin daxilindəki
sapı özümüzdən olan baltaların ifşası,
ictimai qınağa məruz qoyularaq zərərsizləşdirilməsi
də cəmiyyətin sağlam düşüncəli hər
bir vətəndaşının, xüsusilə,
ziyalıların müqəddəs borcudur.
Belələrinə
ən layiqli cavab isə könüllü qismində orduda
döyüşmək istəyənlərə Azərbaycan
Prezidentinin Nazirlər Kabinetinin iclasındakı tövsiyəsindən
sonra on minlərlə gəncimizin Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarələrində könüllü
kimi qeydiyyatdan keçməsi oldu.
"Bütün
gənclərimiz qəhrəmanlarımıza
oxşamalıdırlar”
Şəhid
generalımız Polad Həşimovla polkovnik İlqar Mirzəyevin
dəfn mərasimi zamanı onların yaxınlarına telefon
açıb başsağlığı verən Azərbaycan
Prezidenti şəhid İ. Mirzəyevin oğlu Elvinə
verdiyi tövsiyələrini Nazirlər Kabinetinin
iclasındakı çıxışında da diqqətə
çatdırdı: "Dedim ki, o, atasına
oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza
oxşamalıdırlar. Onların həyatı,
torpaq, Vətən uğrunda göstərdikləri
şücaət, qəhrəmanlıq hər bir gənc
üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan
torpağı belə övladlar yetişdirib”.
Yeri gəlmişkən qeyd edim ki, qəhrəman
İlqar Mirzəyevin övladı - Elvin Mirzəyev bizim
doğma təhsil ocağının - Bakı Slavyan
Universitetinin tələbəsidir. Bu günə qədər
tələbə statusu daşıyırdı. Vətənin ərazi bütövlüyünün
keşiyində dayanmış igid bir hərbçinin
övladı olmağın məsuliyyəti vardı üzərində.
Atasının şəhadətindən sonra
qazanılan adın şərəfi və məsuliyyəti isə
indi daha böyükdür. Elvin indi şəhid
oğludur. Vətən uğrunda
canını vermiş qəhrəmanın
davamçısıdır.
Qəhrəmanlarımızın övladlarına təhsil
verməkdən, belə gənclərimizi gələcəyə
hazırlamaqdan böyük qürur duyuruq. Onlar bizə
canımız qədər əzizdirlər. Əminik ki, Elvin kimi gənclərimiz də qəhrəman
ataları kimi Vətənə sevgilərini əməlləri
ilə göstərəcəklər. Atalarının
döyüş bölgələrindəki fədakarlıqlarını
öz bilik və bacarıqları, Azərbaycanın
inkişafına layiqli töhfələri ilə davam etdirəcəklər.
Şəhid atalarının o günləri görə
bilməyəcəklərini düşünəndə dərin
bir qüssə ilə yanaşı, qəlbimizdə qəddar,
amansız düşmənə nifrətin hüdudu olmur. Amma belə
bir əminliklə təsəlli tapırıq ki, onların
ruhu hər zaman başımız üzərində olacaq.
Qəhrəmanlarımızın əbədi
ömrü tariximizə şərəf gətirəcək.
Ölümün gözünə dik baxan şəhidlərimiz
mənsub olduqları xalqın igidliyindən, vətənpərvərliyindən
bütün dünyaya ismarıclar yayan şanlı
manifestimizdir.
Ölümdən güclü olmağı
bacarmaqdır.
O
günün üfüqləri
Bu sətirləri
yaza-yaza, ünlü türk yazarı Hüseyn Nihal
Atsızın misralarını xatırayıram:
Qəhrəmanlıq
nə yanlız bir yüksəliş deməkdir,
Nə də
şimşəklər kimi, parlayıb sönməməkdir,
Bunun üçün ölümə bir
atılış gərəkdir.
Atıldıqdan sonra da bir daha dönməməkdir.
Şəhidlik ölüm üzərində qalibiyyətdir. Uğrunda can verməyə
on minlərlə övladı olan Vətən heç zaman məğlub
olmaz, torpaqlarını düşmənə verməz,
yağıdan alınmalı qisasını qiyamətə
qoymaz.
Şanlı Qələbə, Böyük Zəfər,
düşmənin təslimçi məğlubiyyəti indi
bizim bütün şəhidlərimizin ruhu
qarşısındakı ən böyük vəzifəmiz, mənəvi
öhdəliyimizdir. Fərq etməz, bu qələbə
diplomatiya meydanlarında, yaxud döyüş səngərlərində
olsun. İşğaldan azad edəcəyimiz
torpaqlarımızda dalğalanan üçrəngli
bayrağımız şəhidlərimizin o anın sevincindən
şadman ruhunun aydın səmadakı rəsmi olacaq.
O gün
uzaqda deyil, o bayraq üfüqlərdə görünməkdədir
artıq...
Nurlana ƏLİYEVA,
Bakı Slavyan Universitetinin rektoru,
professor,
Yeni Azərbaycan Partiyasının
Qadınlar Şurasının sədri
Azərbaycan.-2020.-
29 iyul.- S.1;3.