Prezident Rəcəb
Tayyib Ərdoğan: Azərbaycanlı
qardaşlarımızın işğal
altındakı torpaqlarını azad etmək
səylərini dəstəkləyirik
Azərbaycandakı
qardaşlarımızın işğal altındakı
torpaqlarını azad etmək və Vətənlərini
müdafiə etmək səylərini də eyni
anlayışla dəstəkləyirik.
AZƏRTAC
Anadolu agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon
vilayətindəki Sümela Monastırının ikinci mərhələsinin
və buradakı Ayasofya məscidinin bərpadan sonra
açılış mərasimindəki
çıxışında səsləndirib.
Türkiyə
lideri qeyd edib ki, özümüz və dostlarımız
üçün necə lazımdırsa mübarizə
aparacağıq.
Azərbaycan.-2020.- 29 iyul.- S.2.