Ermənistanın Azərbaycana
qarşı son təxribatları ilə əlaqədar
Londonda dinc aksiya və yürüş
keçirilib
Böyük
Britaniyada yaşayan azərbaycanlı icmanın 300-dək
üzvü Ermənistanın Azərbaycana qarşı son təxribatları
ilə əlaqədar Londonda dinc aksiya və yürüş
keçirib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə BBC-nin London ofisi
qarşısında aksiya keçirilib, həmyerlilərimiz səsgücləndiricilərdən
istifadə edərək müxtəlif şüarlar (“Yetər!”,
“Erməni təcavüzünə son!”) və Azərbaycanın
dövlət himnini səsləndiriblər.
Sonra aksiya iştirakçıları Trafalqar meydanından və Britaniya Baş Nazirinin ofisinin önündən keçərək parlament binasına doğru yürüş edib və yolboyu “Biz sülh istəyirik!”, “Biz ədalət istəyirik!”, “Qarabağ bizimdir-bizim olacaq!” kimi şüarlar səsləndirib, ermənilərin Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığına diqqət çəkərək, bu cür zorakı təxribatlara son qoyulmasının vacibliyini vurğulayıblar. Yürüş iştirakçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının adlarını ucadan sadalayıblar.
Həmvətənlərimiz Britaniya parlamentinin qarşısında daha bir aksiya keçirib, Azərbaycan həqiqətlərinə diqqət çəkərək, Ermənistanın təcavüzünə son qoyulmasını tələb ediblər. Onlar “Sarı gəlin” mahnısını xorla oxuyublar.
Təhlükəsizliyin təmin edilməsi üçün əraziyə
çoxsaylı polis qüvvələri və
özəl təhlükəsizlik şirkətinin nümayəndələri
cəlb edilib. Yalnız BBC-nin ofisinin
qarşısında keçirilən aksiya
zamanı Britaniyadakı erməni icması 50 nəfərdən
az nümayəndə ilə tədbiri pozmağa çalışsa da,
azərbaycanlıların sayca çox olduğunu və ərazidə
güclü təhlükəsizlik tədbirlərinin
həyata keçirildiyini görərək
yürüşə mane olmaqdan,
eləcə də parlamentin
qarşısındakı aksiyaya gəlməkdən
çəkinib.
Azərbaycan.-2020.- 29 iyul.- S.5.