Prezidentin gündəliyində
vətəndaşların sağlamlığı birinci olaraq qalır
İlham
Əliyevin Qobustan və İsmayıllı rayonlarına səfəri
çərçivəsində 2 modul tipli xəstəxananın
açılışı bunu bir daha təsdiqləyir
İlham Əliyevin Qobustan və İsmayıllı rayonlarına səfəri çərçivəsində 2 modul tipli xəstəxananın açılışı bunu bir daha təsdiqləyir
Dünən Prezident İlham Əliyev Şimal-Qərb bölgəsinə səfər edib. Bu səfər zamanı dövlət başçısı Qobustan və İsmayıllı rayonlarında bir sıra mühüm obyektlərin açılış mərasimlərinə qatılıb. Öncə Qobustan rayonunda olan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışını edib.
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə də tanış olan dövlət başçısı İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. İsmayıllıya səfəri çərçivəsində Prezidentin iştirakı ilə Muğanlı-İsmayıllı -Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Daha sonra dövlət başçısı İsmayıllıda da koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılış mərasiminə qatılıb.
Prezidentin iki rayona səfəri çərçivəsində bir neçə sosial obyektin açılışı, "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması əlbəttə ki, ilk növbədə cənab İlham Əliyevin məhz pandemiya ilə mübarizə dövründə həyata keçirdiyi uğurlu sosial siyasətinin əyani təzahürü kimi qiymətləndirilməlidir. Çünki qlobal böhranın digər ölkələr kimi Azərbayan iqtisadiyyatına da zərər vurmasına baxmayaraq ölkədə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan sosial layihələrin heç biri təxirə salınmır. Hətta ötən illə müqayisədə bu il xalqın rifah halının yaxşılaşdırılmasına yönələn daha çox sosial layihə gerçəkləşməkdədir.
Qobustan və İsmayıllıda 2 modul tipli xəstəxananın, müxtəlif kənd və qəsəbələri birləşdirən yeni yolların açılışı bir daha göstərir ki, həm vətəndaşların sağlamlıqlarının qorunması Prezidentin gündəliyində birinci olaraq qalır, həm də ölkədaxili yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və regionlarda əhaliyə göstərilən sosial xidmətin daha da asanladırılması ilə bağlı nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Hər zaman olduğu kimi cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlərin icrasının yekunları ilə şəxsən maraqlanır, yeni yaradılan müəssisələrin açılış mərasimlərinə qatılaraq xeyir-duasını verir, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlər keçirərək onların problemlərini dinləyir və aidiyyatı orqanlara ciddi tapşırıqlarını, göstərişlərini verir.
Aylardır dövlət COVID-19-la mübarizə istiqamətində çox mühüm tədbirlər görməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Yəni modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən,
ölkə ərazisində ümumilikdə 10 modul
tipli xəstəxana kompleksinin
quraşdırılmasına başlanılıb ki, onlardan da
bir neçəsinin artıq
açılışı olub.
Qobustan və İsmayıllıda modul tipli xəstəxanaların açılışından sonra ölkədə bu tip müalicə mərkəzlərinin sayı 8-ə çatdı. Hazırda üçü Bakıda olmaqla, Sumqayıtda, Gəncədə, və Abşeron rayonunda modul tipli xəstəxanalar fəaliyyətdədir.
Səfər
çərçivəsində İsmayıllıda təməli
qoyulan "DOST Evi” Yaradıcılıq, Sərgi və
Satış Mərkəzi də bir daha Prezident İlham
Əliyevin sosial islahatlar proqramının əsas hədəfinin
dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan
modern, çevik və optimal mexanizmlər üzərində
qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq,
ünvanlılıq, əlçatanlıq və bərabərlik
prinsiplərinin təmin edilməsi olduğunu təsdiqlədi.
Dövlət
başçısı yeni yolların da
açılışını edərək
xeyir-duasını verdi. Ümumiyyətlə,
ölkəmizdə yol-nəqliyyat infrastrukturunun
yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika
əhəmiyyətli magistral yolların
salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli
yolların inşasına da xüsusi diqqət yetirilir.
Cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenidən tikilir.
Bir
sözlə, bütün bunlar bir daha təsdiqləyir ki,
qlobal böhran dövründə əhalisinin
sağlamlığının qorunması ilə yanaşı
sosial müdafiənin təmin edilməsi Prezidentin siyasətinin
prioritetidir.
Azərbaycan.-2020.- 30 iyul.- S.1.