Qobustan
və İsmayıllı rayonları əsl inkişaf
dövrünü yaşayır
Prezident
İlham Əliyev
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ
avtomobil yolunun bir hissəsinin yenidən qurulması layihəsi
ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ
avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ
hissəsinin yenidən qurulması layihəsi ilə
tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.
Prezident
İlham Əliyev yolun uzunömürlü və davamlı
olması, sürüşkən ərazilərdə tikinti
işlərinə xüsusi diqqət yetirilməsi ilə
bağlı tapşırıqlarını verdi.
Azərbaycan.-2020.- 30 iyul.- S.2.