Qobustan
və İsmayıllı rayonları əsl inkişaf
dövrünü yaşayır
Təzəkənd-Ağbulaq-Qoşakənd
avtomobil yolu 2 min 800 nəfər əhalinin
yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirir
İyulun
29-da İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd
avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yolun açılışında iştirak
edib.
Dövlətimizin
başçısına məlumat verildi ki, 3,8 milyon investisiya
xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər
əhalinin yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirir. Yolboyu bütün lazımi infrastruktur
qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin
mənzil başına tez və rahat çatmasına, həmçinin
istehsal etdikləri kənd təsərrüfatı məhsullarının
vaxtında bazarlara və digər satış məntəqələrinə
çatdırılmasına əlverişli şərait
yaradacaq.
Sonra
dövlətimizin başçısına Quşencə-Zoğallıq
avtomobil yolunun tikinti layihəsi təqdim olundu.
Bildirildi
ki, üç min nəfər əhalinin
yaşadığı iki yaşayış məntəqəsini
birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan
Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən,
2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri
başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol
yaşayış məntəqələri arasında və
rayon mərkəzinə gediş-gəlişi xeyli
asanlaşdırıb.
Prezident
İlham Əliyevə bütövlükdə ölkə
üzrə kənd yollarının tikintisi vəziyyəti barədə
də məlumat verildi.
Azərbaycan.-2020.- 30 iyul.- S.3.