Qobustan və İsmayıllı
rayonları əsl inkişaf dövrünü yaşayır
Prezident
İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın
açılışında iştirak edib
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin
başçısı xəstəxanada yaradılan şəraitlə
tanış oldu.
Bildirildi
ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə
ocağında da orta ağırlıqlı simptomları olan
infeksion koronavirus xəstələrinin qəbulu və
müalicəsi üçün hər cür şərait
yaradılıb. Burada ağır simptomları olan xəstələrin
qəbulu üçün əlavə
avadanlıqlarla təchiz edilməklə müvafiq
təkmilləşdirilmə işləri görülür.
Üç korpusdan ibarət,
100 palatası və 200 çarpayı yeri
olan bu xəstəxana
kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.
Azərbaycan.-2020.- 30 iyul.- S.4.