Bir qrup din xadimi
mükafatlandırılıb
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Qurban bayramı ərəfəsində ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə görə bir qrup din xadimini mükafatlandırıb.
Mükafatlananlar
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurasının üzvləri, Bakı bölgə
qazısı Bəhruz Əzizov, Qəbələ bölgə
qazısı Ceyhun Rüstəmov, Qazax bölgə
qazısı İlham Süleymanov, Qafqaz Müsəlmanları
İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli
nümayəndəsi İlham Səlimov, Tovuz rayonu üzrə
səlahiyyətli nümayəndəsi Nəriman İbayev,
Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi
Cavid Səfərov, "Heydər” məscidinin din xadimləri
Rüfət Qarayev və Hafiz Abbasov, Tərtər şəhər
"Cümə” məscidinin imamı Sadiq Cəfərov,
Göyçay şəhər "Əbülfəzlil Abbas”
məscidinin imamı Ramin Rəhimlidir.
Azərbaycan.-2020.- 30 iyul.- S.7.