Şəki rayonunun
Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Üç min nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
Qaraməryəm-İsmayıllı-Şəki (134
km)-Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə
"Azərbaycan Respublikasının 2020-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”ndə avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün göstərilmiş vəsaitin 12,0 (on iki)
milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 iyul 2020-ci il
Azərbaycan.-2020.-
31 iyul.- S.2.