Sosial
layihələrin icrası pandemiya dövründə də
davam edir
Uşaqlara
qayğı diqqət mərkəzindədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən
şəhər Uşaq İncəsənət Məktəbinin
yeni binasının açılışında iştirak
edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına binada yaradılan şərait barədə
məlumat verildi.
Qeyd
olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına
əsasən tikilən Balakən Uşaq İncəsənət
Məktəbi üçmərtəbəli binadan ibarətdir
və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr
olan məktəbdə 45 sinif
otağından əlavə musiqi alətlərinin
saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq
və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik
akt zalında tədbirlərin
keçirilməsi üçün hər
cür şərait var.
Uşaq İncəsənət Məktəbində
hazırda 288 şagird təhsil alır və
64 müəllim çalışır.
Azərbaycan.-2020.- 31 iyul.- S.2.