Sosial
layihələrin icrası pandemiya dövründə də
davam edir
Yerli
yolların yenidən qurulması əhalinin
rahatlığına xidmət edir
İyulun
29-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala
avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, uzunluğu 29 kilometr olan üçüncü və dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.
Dövlətimizin başçısının müvafiq sərəncamları ilə tikilən Balakən-Qazbinə-İtitala avtomobil yolu 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Yol üzərində 123 yol nişanı və göstərici lövhələr quraşdırılıb. 8,7 min kvadratmetr yol cizgi xətləri çəkilib və suvarma kanalı üzərindəki körpü əsaslı təmir olunub.
Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun yenidən qurulması layihəsi barədə görülən işlərlə də tanış oldu.
Diqqətə çatdırıldı ki, 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 25 kilometrdir. Dördüncü texniki dərəcəli yolda 2 hərəkət zolağı var.
Dövlətimizin
başçısına Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa
avtomobil yolunun layihəsi çərçivəsində
görülən işlər barədə də məlumat
verildi.
Azərbaycan.-2020.- 31 iyul.- S.5.