Sosial
layihələrin icrası pandemiya dövründə də
davam edir
Şəkidə
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz
avtomobil yolunun yenidənqurmadan sonra açılışı
olub
İyulun
29-da Şəki rayonunun
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz
avtomobil yolunun yenidənqurmadan sonra açılışı
olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yolun açılışında iştirak
edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 33 kilometr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmir-beton körpü təmir edilib.
Prezident İlham
Əliyevə Şəki rayonunun ərazisində
yerləşən Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunun 134
kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat
verildi. Qeyd olundu ki, 4 min
nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu
28,1 kilometrdir.
Azərbaycan.-2020.- 31 iyul.- S.5.