Sosial layihələrin icrası pandemiya dövründə də davam edir

 

Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib

 

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

 

 

Azərbaycan.-2020.- 31 iyul.- S.7.