Azərbaycan və Almaniya arasında əməkdaşlıq əlaqələri
bundan sonra da inkişaf etdiriləcək
İyulun 30-da Azərbaycan
Respublikasının Xarici İşlər
naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının ölkəmizdəki
səfiri Volfqanq Maniq
ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər
Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq
münasibətlərinin bir sıra sahələr, o cümlədən
iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər
istiqamətlər üzrə inkişafına dair fikir
mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd edilib. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir, Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu bildirib.
Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim edib. İki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olunub.
Tərəflər, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-2020.- 31 iyul.- S.9.