“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli
69-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli,
“Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2017-ci il 3 may
tarixli 1361 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il
1 may tarixli 69-VIQD nömrəli
Qanununun 2020-ci il iyunun 1-dən tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹2, maddələr 176, 202, ¹
3, maddə 351, ¹ 4, maddələr
530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr
1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 17 mart tarixli
962 nömrəli, 19 mart tarixli
964, 965 nömrəli və
7 may tarixli 1015 nömrəli
fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
4.4-cü bənddə "və 114.2.2-ci maddəsində”
sözləri ", 88.1.7-ci, 99.3-1-ci və 114.2.2-ci maddələrində
" sözləri ilə əvəz edilsin;
1.2.
5.4-cü bənddə "198 - 203-cü”
sözləri "198.1-ci, 199 - 203-cü” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr
1581, 1587, ¹ 11, maddələr 1700, 1710; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 30
mart tarixli 976 nömrəli
və 1 may tarixli 1013 nömrəli fərmanları)
ilə təsdiq edilmiş "Rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 1-ci hissədə "290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə),” sözləri "232-1, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 351-1,” sözləri ilə əvəz edilsin;
2.2. 13-cü hissədə "196,” rəqəmlərindən sonra "198.2, 198.3,” rəqəmləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 69-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2020-ci il iyunun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2020-ci il
Azərbaycan $g 2020.- 1 iyun.-
S.10.