Dini ziyarətgahlarımıza
dərin ehtiramla
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində
Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində
görülən işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi. Bildirdi ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.
Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.
Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.
Dini
ziyarətgahlarımız da xalqımızın qürur
doğuran keçmişinə, milli–mənəvi dəyərlərinə
maksimum həssas münasibətinin əyani nümunələrindəndir.
Azərbaycanın müasir
tarixində müstəsna xidmətləri olan
ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran
vətəndaşlıq mövqeyi, iradəsi,
qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən
bağlılığı nəticəsində ölkəmizdəki
ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu
Öndərin müəyyənləşdirdiyi mükəmməl
siyasi kursun layiqincə
davam etdirilməsinə və daha da zənginləşdirilməsinə
Prezident İlham
Əliyevin xüsusi diqqəti sayəsində
indi ziyarətgahların və dini məbədlərin yenidən
qurulmasının miqyasına görə heç
bir ölkə Azərbaycanla
müqayisə edilə bilməz. Bu
baxımdan Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu
da səylərini əsirgəmir, istər
ölkəmizdə, istərsə də xaricdə silsilə
layihələr reallaşdırır. Bunlardan
biri də Şamaxı şəhərinin
girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında,
Pirsaat çayının sahilində yerləşən
Pirsaat Baba ziyarətgahıdır.
Azərbaycan.-2020.- 1 iyun.- S.2.