Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq münasibətləri uğurla
inkişaf edir
Mayın
24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə telefonla zəng edib.
Türkiyə
Prezidenti dövlətimizin başçısını və
xalqımızı Ramazan bayramı münasibətilə təbrik
edib, firavanlıq arzularını çatdırıb.
Prezident
İlham Əliyev göstərilən diqqətə və təbrikə
görə minnətdarlığını bildirib, öz
növbəsində bayram münasibətilə Türkiyə Prezidentinə
və Türkiyə xalqına təbriklərini və ən
xoş arzularını ifadə edib.
Telefon
söhbəti zamanı dövlət başçıları
koronavirus pandemiyası ilə mübarizə sahəsində
görülən işlərdən danışıb,
qardaş ölkələrimiz və xalqlarımızın həmişə
olduğu kimi bu ağır dövrdə də bir-birinin
yanında olduqlarını vurğulayıblar.
Prezident
İlham Əliyev və Prezident Rəcəb Tayyib
Ərdoğan Azərbaycan-Türkiyə dostluq və
qardaşlıq münasibətlərinin bundan sonra da
bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə
əmin olduqlarını bildiriblər.
Azərbaycan.-2020.- 1 iyun.- S.1.