Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagramsəhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Xocalı soyqırımı bütün bəşəriyyətə insanlığa qarşı törədilmiş cinayətdir yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi bu yenilməz birliyimizlə biz haqqın ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

Azərbaycan.-2020.- 1 iyun.- S.1.