Mehriban Əliyeva: "Uca Tanrı
doğma Azərbaycanımızı qorusun!"
Birinci
vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə
Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC
xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın
rəsmi "Instagram" səhifəsində edilən
paylaşımda deyilir: "Bütün Azərbaycan
xalqını 28 May - Respublika Günü münasibətilə
səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan
vətəndaşına möhkəm
cansağlığı, sevinc, sevgi və səadət
arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca
Tanrı doğma Azərbaycanımızı qorusun!”
Azərbaycan.-2020.- 1 iyun.- S.1.